İntizarlar, Ruzigarlar, Gülüzarlar
Görünüş
| İntizar, Ruzigarlar, Gülüzarlar Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov |
| Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Va həsrəta ki, tərki-vəfa qıldı yarlər,
Əfğan ki, keçdi həsrət ilə ruzigarlar.
Darda ki, yarsız qəmi-hicr aldı canımı,
Qaldı könüldə məhşərə çox intizarlar.
Sövdayi-zülfü xəttini başdan çıxarmazam,
Gər başım içrə məskən edə murü marlar.
Ərbabi-eşqdən sora aləmdə kaş kim,
Meyli-rəqib qılmaya gər gül’üzarlər.
Künci-qəfəsdə bülbüli-miskin edər fəğan,
Tutmuş məqam səhni-gülüstanda xarlar.
Əfsus, gül eşitmədi bülbül nəvalərin,
Yetdi xəzan gülşənə, keçdi baharlar.
Ömr əziz saxla, Şəhid, olsa gər nəsib,
Əyyami-vəsl lazım olur çox nisarlər.