İrəvan Quberniyası Yenibəyazit qəzası Daşkənd kənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyük Əli Hacı Mirzə Ələkbər oğlunun Daxili İşlər Nazirinin adına 23 yanvar 1919-cu il tarixli xahişnaməsi
İrəvan Quberniyası Yenibəyazit qəzası Daşkənd kənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyük Əli Hacı Mirzə Ələkbər oğlunun Daxili İşlər Nazirinin adına 23 yanvar 1919-cu il tarixli xahişnaməsi (23 yanvar 1919) Müəllif: Məşədi Qasım Hacı Kərim oğlu və Böyük Əli Hacı Mirzə Ələkbər oğlu |
Mənbə: Azərbaycan SSR Еlmlər Akadеmiyasının хəbərləri (tariх, fəlsəfə və hüqüq sеriyası) №4, Bakı, «Еlm», 1989. səh.87. (baş rеdaktоr: Müəllif:Ziya Bünyadov) |
İrəvan Quberniyası Yenibəyazit qəzası Daşkənd kənd sakinləri Məşədi Qasım Hacı Kərim oğlu və Böyük Əli Hacı Mirzə Ələkbər oğlunun Daxili İşlər Nazirinin adına 23 yanvar 1919-cu il tarixli xahişnaməsi.
Erməni hökuməti qoşunlarla məmur qismində müsəlman kəndlərinin sakinlərini tamamilə talan etdi: – 1)Zağalı, 2)Daşkənd, 3)Zod, 4)Hüseynquluağalı, 5)Sarıyaqub, 6)Böyük Qaraqoyunlu, 7)Kiçik Qaraqoyunlu, 8)Aşağı Narçamor, 9)Yeni Keti, 10)Qayabaşı, 11)Qoşabulaq, 12)As-Kdisa, 13)Zərzibil, 14)İnəkdağı, 15)Sultanəliqışlağı, 16)Oğruca, 17)Böyük Məzrə, 18)Bala Məzrə, 19)Kəsəmən, 20)Şişqaya, 21)Sətənəxaç, 22)Qızıl-Payka. Qoşunlar hər kənddə 5-6 gün qalırlar. Talan etdikdən sonra çıxıb başqa kəndə gedirlər.
Aşağıdakı kəndləri tamamilə yandırmışlar: 1)Örkülü, 2)Alçalı, 3)Kəminli, 4)Yarpızlı, 5)Qanlı, 6)Kərkibaş, 7)Çaxırlı, 8)Kefli-Kürdü və 9)Böyük Məzrə. (18 saylı iş, 1919-cu il, IV şöbə)