|
İrəvan Quberniyası Yenibəyazit qəzası Göyçə mahalının 26 kənd sakininin həmin il 2 mart tarixli ərizəsi (2 mart 1919)
|
|
Mənbə: Azərbaycan SSR Еlmlər Akadеmiyasının хəbərləri (tariх, fəlsəfə və hüqüq sеriyası) №4, Bakı, «Еlm», 1989. səh.87. (baş rеdaktоr: Müəllif:Ziya Bünyadov)
|
İrəvan Quberniyası Yenibəyazit qəzası Göyçə mahalının 26 kənd sakininin həmin il 2 mart tarixli ərizəsi Gəncə Qubernatoru tərəfindən 6 mart 1919-cu ildə 3162 sayla təqdim edilmişdir.
1919-cu il fevralın 28-də romistr Silikov, kornet Xaçaturov və adyutantın dəstəsi müsəlman kəndlərinə gəldi və hər kənddən 750 pud taxıl və 100 pud quru ot tələb etdi; həmin şeylər bu miqdarda olmadığından xalq mükəlləfiyyətdən azad edilməyi xahiş etdi; bu zaman Silikov qamçı ilə vurmağa və söyməyə başladı və hətta Zod kəndinin sakini Məci Süleyman oğlunu öldürdü, qalan zabitlər isə daha dörd müsəlmanı yaraladılar. Təlaşlanmış xalq hücum edib dörd zabiti və on beş əsgəri öldürdü, bu Zod kəndində olmuşdu.
Martın 2-də ermənilər Qoşabulaq, Daşkənd və Böyük Məzrə kəndlərini ələ keçirməyə çalışdılar, lakin hələlik dəf edildilər.