İstədügimi buldum aşkərə can içində

Vikimənbə saytından
İstədügimi buldum aşkərə can içində
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

İstədügimi buldum aşkərə can İçində,-
Taşra istəyən kəndü kəndü nihan içində.

Qedimdür, hiç ırılmaz, ansuz kimsə dirilməz,
Adım-adım yer ölçər hökmi-revan içində.

Dutun deyü çağırur, oğrı dəxi çağırur,
Bu nə əcaib oğrı bu çağıran içində.

Siyasət meydanında ğələbəden baqan ol,
Siyasət kəndü olmış girmiş meydan içində.

Dartmış qüdrət qılıcın, çalmış nəfsün boynını,
Nəfsini dəpələmiş - əlləri qan içində.

Sayru olmış inilər, Qur’an ünıni dinlər,
Qur’an oquyan kəndü, kəndü Qur’an içində.

Bu tilsimi bağlayan, cümlə dildə söyləyən,
Gör necə cövlan (edər) xirqə, palan içində.

Dürlü-dürlü imarət, köşkü saray yapan ol,
Qara niqab dutunmış, girmiş külxan içində.

Başdan ayağa dəgin Həqdür ki, səni dutmış,
Həqden ayru nə vardur, qalma güman içində.

Bir isən birligə gəl, ikiyi bıraq əldən,
Bütün mə’ni bulasın sidqü güman içində.

Oruc, namaz, ğüslü Həcc hicabdur aşiqlərə,
Aşiq andan münəzzeh xalis həvəs içində.

Girdüm könül şəhrinə, taldum anun bəhrinə,
Eşq ilə gedər ikən iz buldum can içində.

Bu izümi izlədüm, sağum-solum gözlədüm,
Çoq əcaiblər gördüm - yoqdur cəhan içində.

Yunus, sənün sözlərün mə’nidür bilənlərə,
Söylənisor sözlərün dövri-zəman içində.