Məzmuna keç

İstərəm (divani, Aşıq Alı)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İstərəm
Müəllif: Aşıq Alı
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.344 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman)

Mənim könlüm qüssəlidi, zülməti dan istərəm,
Nə malı-mülk, nə var-dövlət, nə şöhrət-şan istərəm,
Nə müddətdi, xəstə düşdüm, təbib gəlməz yanıma,
Şahlar şahı, irəhm eylə, dərdə dərman istərəm.

Çoxlarına bel bağladım, dedim; “mənə yar olar”,
Çox çəkmişəm, çox görmüşəm sinəm üstə yaralar,
Öz xalqına qəbir qazan, xain, qəlbi qaralar –
Fələk gərək qələm çala cismin büryan istərəm.

Aşıq Alı, ol Xudadı cansızlara can verən,
Öz yolunu bilməyənə məhşərdə fərman verən.
Mətləbini hasil edib, oğlunu qurban verən,
Bar-ilahim, mətləbimi mən də hər an istərəm.