İstər (Aşıq Şenlik)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İstər
Müəllif: Aşıq Şenlik
Mənbə:

  
Yenə könül quşu pərvaz eyləmiş,
Dövr edib qonmağa bir budaq istər.
Bəzənib gözəllər göy çəmənlərdə,
Bəzəndə türfayə bir otaq istər.
 
Yağışda, yağmurda, qarda, boranda,
O dağlar eşqinə yanar bir yanda,
Yayın isti çağı bürkü vüranda,
Yanları yarpızlı bir bulaq istər.
 
Bəzən həddən aşar mənim məlalım,
Bəzən bulaq kimi durular falım,
Bir mələk eşqiylə Şenlik xəyalım,
Dünya yaşadıqca yaşamaq istər.