İstifadəçi:İlkin Cəlilov

Vikimənbə saytından

Nə qazandın?!

İnsan bu fəna mülkünə gəldin nə qazandın?!

Yat-dur, yi-iç, axırdada öldün nə qazandın?!

Bir vaxt ayıra bilmədin Allahına xatir,

Şeytanla bütün ömrünü böldün nə qazandın?!

Dünyadan 2 əlli yapışdın

Vəli bir gün,

Tərk eyliyəcəksən bunu bildin nə qazandın ?!

Bəlkə özünü axtarasan sən bu şeirdə, Rişxənd ilə el-aləmə güldün nə qazandın?!

Haqqa bir ömür eyləmədin bir dəfə səcdə,

Zülmünsə qabağında əyildin nə qazandın?!

Hər gün sənə təlqin eylədi Tanrı ölüm var,

Yaddaşdan onu hər dəfə sildin nə qazandın?!

Düz ol və qazan axirət Azər bu həyatda,

Arsız kimi sənsə nə düzəldin, nə qazandın!

                               Axund Azər