İstifadəçi:Tehmine 103

Vikimənbə saytından
                                                        VƏTƏNPƏRVƏRLİK

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

Hər zaman tariximizin axarında baş verəcək hadisələrin qarşısına alnıaçıq və dözümlü iradə sahibi kimi çıxmışıq. Vətəndaşlıq nöqteyi – nəzərindən sahib olduqlarımıza nəzər yetirərkən Vətənpərvərliyin simvoluna çevrilən “sevgi”ni başımız üzərində qılınc əvəzi etmişik. Bu isə bizim Vətənimizi nə dərəcədə, nə qədər sevdiyimizin bir sübutu olur. Yaşadığımız dövrün qayda – qanunlarına kifayət qədər ziddiyyətsiz olaraq obyektiv tərzdə çərçivəyə sığacaq qədər mümkün variantlarda əməl etmişik. Ancaq digər yanaşmadan deyə bilərəm, həyatda elə faktorlar da mövcuddur ki, bunu etməyi özün üçün bir borc sayırsan. İnsan dünyaya gələndən ta öləcəyi günə qədər bir ömür yolu keçir. Bu ömür yolunda o qədər yadda qalacaq anlar baş verir ki... Belə bir aforizm yadıma düşdü: “Əgər oxumağı bacarsan, hər bir insanın həyatı kitabdır”. İnsan qəlbində həmişə sevgilərdən ən alisi, ən müqəddəsi öz yerini tutur: Vətən sevgisi. Vətənpərvərliyin daşıyıcıları kimi bizlər dözülməz ağrıların, narahatçılıq, nigarançılıq kəsb edən hadisələrin fonunda dik dayanmağı öyrənmişik. Davamlı olaraq təkrarlanan bir mövqedən çıxış edib zəruri hisslərin mərkəzində dayanmışıq. Bəşər övladı amansız, acınacaqlı tarixlərin addım atdığı, qatı cinayət, qan iyi gələn əsrlərin qurbanına çevrildi. Süzülən göz yaşları, sıxılmış duyğular, dar və tutqun düşüncələr keşiyində Vətəndaşlığın “pəncərəsindən” müşahidə edilir. Bu hiss seçilən insanlara bəxş edilib. Bu meyara qarşı etinasızlıq mümkünsüzlükdür. Vətən uğrunda canından, qanından keçən insanların ilk növbədə yaradıcılıq silahı Vətənə olan sevgisidir. Bu sevgi ağlasığmaz dərəcədə yüksək potensiallıq kəsb edən heyrətamiz fenomenin göstəricisidir, vətənpərvərlik simvolizmidir. İnsanlığa qarşı edilmiş vəhşi, amansız cinayətlərin mövqeyi sərt bir tərzdə həyatın axarına mənfi təsir göstərir. Yaşama eşqinə alışan hər bir kəs bu hisslər altında daima aramsız, fərdi şəkildə mübarizə aparır. Elə “mübariz” olmağın da əsası budur. Əsası kimsələr tərəfindən anlaşılan bir sirr yatır bu kəlmənin hər hərfində, hər mənasında. Yaşadığımız zaman müddətində qazandığımız hər bir nailiyyət bizi düzgün mövqeyə doğru addım atmağa sövq edir. Lazımlı mövqeyi tutmaqla ədalət konstruksiyasını (bərpasını, inşasını) bütöv şəkildə yerinə yetirməyə çalışırıq. Mübaliğəsiz yanaşmadan asılı olaraq müqəddəslik zirvəsinə qədəm qoyanlar bütün insanların qəlbində müsbət hisslərin yaradıcısına çevrilir. Zaman-zaman hökmsüz yarğılanaraq bir insan düşüncəsinə sahibkarlıq edir. Nə qədər ki, müqəddəslik zirvəsi ( ŞƏHİDLİK ) var, bu insanlıq baxımından ən ali yüksəkdə öz yerini tutur. Bu yeri əbədi olaraq tutanlardan biri də Mübariz İbrahimovdur. O, bizə bir daha cəsarətliliyin, igidliyin əsl rəmzi daşıyıcısına çevrilən şəhidlik kimi bir azadlıq məlhəmini sübut etdirdi. Bəli, azadlığın məlhəmi yüksək məqamlarda özü əks etdirən – ŞƏHİDLİKdir. Vətənpərvərlik insan həyatının seçilən göstəricisidir. Xarakterizə etməklə bunun bir çox anlayışlarını ifadə etmək olar. İztirab dolu bir ömrün ağır pəncəsində yaşanmış olanlar nə qədər silinməz izlər buraxıb, o izlər ki, insan yaddaşına şamil edilən faktorların acı təzahürüdür ... Fikrimdən gələn, düşüncələrimi hər an addımbaaddım izləyən kəlmələrin keşiyində bu cümlələrin sahibinə çevrilirəm. Çox götür – qoy etdim. Ona layiq olan bir şəkildə yazmağı heç bir müqəddəs amili unutmamaq şərtilə qarşıma bir məqsəd qoydum. Bu məqsədə ehtiyac duyaraq onun haqqında öyrəndim, adı çəkiləndə adının belə mənə necə təsir etdiyini, belə oğulların yalnız yaşamağa haqqı olduğunu, ölümün onlara yad bir mövqe tutduğunu düşünürəm. Onun haqqında nə qədər yazılar yazılsa belə yenə də azdır. Bu mövqedən ərz edə bilərəm ki, sadəcə mən də onun haqqında düşündüklərimi deməklə bu müqəddəs amilin bir parçasına çevrilirəm. Bir əsgər bacısı kimi deyə bilərəm ki, Vətənpərvərlik simvoluna çevrilən əsgərlərimiz dünən, bu gün və gələcəyimizin sülh silahdaşlarıdır. ALLAH sizləri qorusun ... Amin!...



Yazı «Kaspi» qəzetinin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinə təqdim edilir...