İstifadəçi:Temur Şahin

Vikimənbə saytından

Şah Təhmasib İncidur qəzəli


Şahi-mərdan dövlətində geydügim narincidür,

Nara qarşu varmazam, zira bəni nar incidür.

Xan Süleyman gəldi kim, bizdən vilayət istəyə,

Biz anı yola qoduq, yollar anı zar incidür.

Bu cəhanə kim ki, gəlmişdir, yola gəlmişdürür,

Bir qədəm taşra çıxanı bigüman xar incidür.

Xanəsindən taşra çıkub tağlara düşən kişi,

Bad əsüb baran olur, zəhmət çəkər, qar incidür.

Şahi-Təhmasəm cahanda, şahi-şəh, nəsli-Əli,

Yar ilə yar olmuşam, sanma ki, əğyar incidür.