İstifadəçi müzakirəsi:A.Zakirqızı

Salam, A.Zakirqızı, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası -VikiMənbəyə xoş gəlmisiniz!
Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:
- Yeni məqalə yaratmaq üçün tərəddüd etmə, cəsur ol, vikimənbə hər kəs üçün azad məkandır.
- VikiMənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
- Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
- Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
- Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya
imzanızı atmağı unutmayın.
- Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Silinmə[redaktə]
Zakir Məmmədov kateqoriyasındakı üç məqaləni silmisiniz. Bunun səbəbini bilmək istərdim.Hörmətlə, --A.Zakirqızı (talk) 07:33, 10 mart 2015 (UTC)
- Salam. Həmin əsərlər müəllif hüququ pozuntusu olduğu üçün pozulub.--Emin • ismarış 19:36, 14 mart 2015 (UTC)
Kimin müəllif hüququ pozulub--A.Zakirqızı (talk) 21:09, 14 mart 2015 (UTC)
- Əsərləri ictimai varidata keçməyən istənilən müəllifin əsərini Vikimənbədə yerləşdirmək müəllif hüququ pozuntusudur.--Emin • ismarış 10:37, 20 mart 2015 (UTC)
Zakir Məmmədovun övladı kimi irsinin varisi mənəm. Bu məqalələrin Vikimənbədə yerləşdirilməsini 4-5 il öncə İradə xanımdan mən xahiş etmişdim. Məqalələrin giriş hissəsində bu yazılmışdır. Təəccüblüdür ki, müəlliflik hüququ ilə əlaqədar məsələ o dövrdə deyil, indi "yada düşür". --A.Zakirqızı (müzakirə) 13:35, 20 mart 2015 (UTC)
- Məncə, təəccüblü heç nə yoxdur. Gec-tez bu məsələnin üstünə düşmək lazım idi. 4-5 il əvvəl əlavə olunması o demək deyil ki, heç vaxt silinməməli idi. Düzü indi də qaydalara zidd olan bəzi əsərlər var, onlar haqda da yaxın zamanda bir tədbir görüləcək güman ki.--Emin • ismarış 14:38, 20 mart 2015 (UTC)
Zakir Məmmədovun varisi kimi məqalələrin icazəsini verdiyim üçün atamın müəlliflik hüququ pozulmayıb. --A.Zakirqızı (müzakirə) 16:48, 20 mart 2015 (UTC)
- Hüquqi olaraq müəlliflik hüququndan necə imtina edilir, bilmirəm. Belə istifadəçinin nəsə yazmağı imtina sayılmaz. Burada əsər yerləşdirmək o deməkdir ki, bu əsər icazə alınmadan istənilən saytda, qəzetdə, kitabda nəşr edilə, yayıla bilər. Tək vikimənbə üçün icazə vermək olmaz. Ümid edirəm, fikrimi çatdıra bildim.--Emin • ismarış 19:07, 20 mart 2015 (UTC)