İstifadəçi müzakirəsi:Kamil Allahyarov
Naviqasiyaya keçin
Axtarışa keçin

Salam, Kamil Allahyarov, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası — Vikimənbəyə xoş gəlmisiniz!
Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:
- Yeni mətn yaratmaq üçün tərəddüd etmə, cəsur ol, Vikimənbə hər kəs üçün azad məkandır.
- Vikimənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
- Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
- Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
- Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (mətnlər, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya
imzanızı atmağı unutmayın.
- Mövzu seçimində çətinlik çəkirsinizsə, aşağıdakı səhifələr sizə kömək edəcək:
- Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Silinmiş məqalələr[redaktə]
Salam. Öz məqalələrimi yerləşdirmişəm. Məsələn: Azərbaycanlılarda və farslarda Novruz ənənələrinin fərqli xüsusiyyətləri Müəllifi özüməm və artıq çap olunmuş məqalələrdir. Silinmə səbəbini bilmək istəyirəm. --Kamil Allahyarov (müzakirə) 20:44, 3 yanvar 2018 (UTC)
- Salam, Kamil Allahyarov. Gec cavab yazdığım üçün üzr istəyirəm. Burda iki məsələ var. Sizin həmin məqalənin müəllifi olduğuna inanıram amma əlimizdə bunu təsdiq edən hər hansı sənəd yoxdur. Məsələn, belə halı qəbul eləsək, sabah "Çingiz Abdullayev" adlı bir istifadəçi gəlib əsərlər yerləşdirsə və yazsa ki, mən öz əsərlərimi yerləşdiririəm, gərək onu da qəbul edək və bu qarşısıalınmaz problemlərə apara bilər. İkinci məsələ odur ki, müəlliflik hüququ qanunlarına görə əsər müəllifin ölümündən 70 il sonra ictimai mülkiyyətə keçir, yəni əslində hüquqi cəhətdən o əsər müəllif hüququ ilə qorunur və Vikimənbəyə yerləşdirilə bilməz.--Emin • ismarıc 17:04, 27 yanvar 2018 (UTC)