İstifadəçi müzakirəsi:Ornitologist

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Vikimənbə saytından
Xoş gəlmisiniz, Ornitologist!

Salam, Ornitologist, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası -Vikimənbəxoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Yeni mətn yaratmaq üçün tərəddüd etmə, cəsur ol, Vikimənbə hər kəs üçün azad məkandır.
  • VikiMənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (mətnlər, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Araz Yaquboglu (müzakirə) 05:48, 15 İyul 2016 (UTC)


Qarabağ (Sevinc Rəcəbova)[redaktə]

Salam, Araz bəy. Mən sizi tanımıram və vikipediyada yeniyəm. Mən vikipediyada Azərbaycan dəyərlərinin, vətənpərvərliyin, elmin təbliği, qorunması və səhvlərin aradan qaldırılması üçün AMEA tərəfindən vikipediyanı öyrənmək və istifadə etmək üçün seçilmişəm. Qarabağ (Sevinc Rəcəbova) səhifəsinin silinmə səbəbini, müəlliflik hüququnun pozuntusu dedikdə sizi başa düşmürəm, axı mən vikipediyanı yeni öyrənirəm. Sizdən xahiş edirəm ki, iradınızı daha aydın izah edəsiniz. Çünki orada yazdığım şeir Sevinc Rəcəbovaya məxsusdur, şeirin götürüldüyü mənbəni də göstərmişəm. Mən gələcəkdə digər şair və yazarların əsərləri ilə vətənpərvərliyi təbliğ edəcəyəm, elmin müxtəlif sahələrində də Azərbaycan üçün önəmli olan yazıları işıqlandıracağam. Sizdən də bu yazıların vikipediyada işıqlandırılmasını yaymaqla Azərbaycan üçün töhfələr vermək məqsədilə mənə kömək etməyinizi xahiş edirəm. Hörmətlə, --Ornitologist (müzakirə) 19:48, 14 İyul 2016 (UTC)

Çox sevindim sizin təşəbbüsünüzə. Dedikləriniz çox vacib məsələlərdir. Müəlliflik hüququ ilə bağlı qeyd edim ki, Vikimənbəyə mənbə də göstərilməklə ancaq və ancaq hal-hazırda vəfatından 70 il ötmüş müəlliflərin əsərlərini yükləmək olar. --Araz Yaquboglu (müzakirə) 05:48, 15 İyul 2016 (UTC)

Salam, Araz bəy. Ətraflı və aydın izahınıza görə çox sağ olun. İndi başa düşdüm. Sizdən bir xahişim var: zəhmət olmazsa, mənə yaza bilərsinizmi, bu cür məqalələri (istər şeir olsun, istərsə də elmi məqalələr) harada yarada bilərəm? Çünki bu cür məqalələri yaratmaq üçün mənə Vikimənbəni məsləhət bilmişdilər. Əvvəlcədən təşəkkür edirəm. Hörmətlə, --Ornitologist (müzakirə) 09:29, 16 İyul 2016 (UTC)

Yaratdığınız tipli mətnlərin məncə digər layihələrdə də yeri yoxdur. Siz ancaq müəllif hüququ ilə qorunmayan mətnləri yükləyə bilərsiz. Bu isə öncə dediyim qaydalarda olar.--Araz Yaquboglu (müzakirə) 09:55, 16 İyul 2016 (UTC)

Müzakirə səhifələri[redaktə]

Salam həmkar. Müzakirə səhifələrini silmək olmaz. Çünki digər yoldaşlar da bəlkə müzakirəyə qoşula bilər. Ancaq arxivləşdirə bilərsiniz.--Araz Yaquboglu (müzakirə) 05:22, 29 İyul 2016 (UTC)