İstifadəçi müzakirəsi:Rəşid Nurməmmədov

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Vikimənbə saytından
Xoş gəlmisiniz, Rəşid Nurməmmədov!

Salam, Rəşid Nurməmmədov, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası -VikiMənbəxoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Yeni mətn yaratmaq üçün tərəddüd etmə, cəsur ol, vikimənbə hər kəs üçün azad məkandır.
  • VikiMənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (mətnlər, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Araz Yaquboglu (talk) 13:23, 8 İyul 2014 (UTC)

Salam Emin. Qarşıdan gələn müqəddəs bayram münasibətilə Sizi təbrik edirəm. Yeni istifadəçilər üçün Sizin hər bir iradınız, şübhəsiz ki, istifadəçinin fəaliyyəti üçün böyük köməkdir. Gələcək fəaliyyətimdə oxşar nöqsanlara yol verməmək üçün Yasaqlar adlanan yeni mövzunun Sizin tərəfinizdən silinməsi səbəblərini bilmək istərdim. Əlavə olaraq bildirmək istərdim ki, şifahi xalq ədəbiyyatının janrları olan Yasaqlar, Sınamalar, Əfsanələr, Mifoloji mətnlər tərtib edilərkən onlar xalq söyləmələri olduğuna görə onların qeydə alındığı yerli dialektlər və şivələr əsas kimi saxlanılır. (Məsələn, Yasaqlarda qeyd olunan verməzdər, zəfər toxuyallar. Şər vaxdı, şəpələr dəyər, adam vırmalı, çalmalı olar, Bı vaxdı və s. Mən həmin mövzunu işləyərkən həmin yasaqların hansı formada qələmə alındığı mənbəni də (Əsatirlər, əfsanələr və rəvayətlər. Bakı,2005. səh.248-254) qeyd etmişdim. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm. Rəşid Nurməmmədov (talk) 17:05, 27 İyul 2014 (UTC) 22:00 27. 07.2014.

Salam, gec də olsa mən də sizi bayram münasibəti ilə təbrik edirəm. Əfsanələr ayrı-ayrı adla əlavə olunduğundan problem yaratmır, amma Yasaqlar müxtəlif mənbələrdə müxtəlif formada yazılmaq ehtimalına görə Vikimənbəyə əlavəsində problemlər meydana çıxa bilər. Həmçinin başqa xalqların şifahi xalq ədəbiyyatlarında da bu formada janrlar ola bilər ki, bu da onların Vikimənbəyə əlavəsi zamanı əlavə problemlər yarada bilər. Gələcəkdə "Vikimənbəyə nələri əlavə etmək olar" prinsipi işlənib hazırlandıqdan sonra belə problemlər aradan qalxacaq. Hələlik həmin səhifəni bərpa edirəm, uğurlar!--Emin ismarış 19:48, 2 avqust 2014 (UTC)[cavabla]

Məqalə sayı[redaktə]

Salam. Sizin yeni məqalələr yaratdığınızı gördüm. Lakin ana səhifədə məqalələrin sayının artmadığını görüb yaratdığınız məqalələrə baxdım. İradə xanım yaratdığınız məqalənin sayğacda da öz əksini tapması üçün daxili keçidi olmalıdır. Bunun üçün də ən gözəl yol Başlıq şablonundan istifadə etməkdir. Əziyyətdiniz yerdə qalmasın deyə bunu sizə bildirdim. Hörmətlə--samral müzakirə 07:47, 31 mart 2015 (UTC)[cavabla]

Həsənəli xan Qaradaği[redaktə]

Salam. Yüklədiyiniz Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və üvzaları.../İqtibas məqaləsinin müəllifi Həsənəli xan Qaradağidirmi? Hörmətlə, --►Cekli829 17:20, 9 aprel 2015 (UTC)[cavabla]


Salam. Məqaləyə diqqət yetirdiyinizə görə təşəkkür edirəm. Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və üvzaları.../İqtibas məqaləsinin müəllifi görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, filoloq, tarixçi, xəttat, teatr xadimi Həsənəli xan Qaradağinindir. Məqalə "Qarabağnamələr" (III cild. Bakı.2006, səh.121-130) istinadən yazılmışdır. Siz həmçinin bu məqalə haqqında Vikipediyada yerləşdirilmiş Həsənəli xan Qaradaği məqaləsindən də (bölmə:Tarixçi, ədəbiyyatşünas, folklorşünas) məlumat ala bilərsiniz. Hörmətlə: Rəşid Nurməmmədov (müzakirə) 18:11, 9 aprel 2015 (UTC)[cavabla]

Axı Həsənəli xan Qaradaği 2 dekabr 1929-cu ildə vəfat edib, amma yüklədiyiniz məqalədə 8.V.1936. göstərilib. Mümkünsə bunu aydınlaşdırardınız. Hörmətlə, --►Cekli829 06:29, 10 aprel 2015 (UTC)[cavabla]

Salam.Mənim Vikimənbədə yerləşdirdiyim bu məqalə Azərbaycan tarixşünaslığına dair qiymətli mənbələrdən biridir. Vikimənbədə müəllif və əsərin meydana çıxması ilə bağlı əlavə məlumatların verilməsi məhdudlaşdırıldığından bu Sizin tərəfdən haqlı iradların bildirilməsinə səbəb olur. Bu məqalə Həsənəli xan Qaradağinin məlum əsərindən onun oğlu Məhəmməd Qaradağınin 1936-cı ildə etdiyi qısa iqtibasdır.(Bax:"Qarabağnamələr" (III cild. Bakı.2006, səh.122). Vikimənbədə yerləşdirilən Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və üvzaları.../İqtibas əsərinin ilk cümləsində də Həsənəlixan Qaradağınin 1848-ci ildə anadan olduğu, 1880-cı ildə bu əsəri yazdığı və müəllifin, Sizin də qeyd etdiyiniz kimi, 1929-cu ildə vəfat etdiyi göstərilmişdir. Bu cür problemlərin gələcəkdə yaranmaması üçün Vikimənbədə mənbə və onun müəllifi haqqında da qısa məlumatların yerləşdirlməsinə idarəçilər tərəfindən icazə verilməsini məqsədəuyğun hesab edirəm. Təəssüf ki, bu vaxta qədər belə cəhdlər məqalələrin ayrı-ayrı idarəçilər tərəfindən silinməsinə "əsas" olmuşdur. Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 15:40, 10 aprel 2015 (UTC) 20:25 10:04:2015[cavabla]

Müəlliflik hüququ pozulması[redaktə]

Əzizim Rəşid bəy. Sil şablonu yerləşdirdiyim mətnlərin müzakirə səhifələrində yazdıqlarınızı oxudum. Biz bu məsələləri Vikimənbənin idarəçisi Eminn bəylə çox müzakirə etmişik. Mən burada Emin də təsdiq edər ki xeyli səhifələr yaratmışdım. Onların bəlkə də 70 %-i silindi. Burada baxa da bilərsiz. Bir də istərsiz mənim və ya Eminin müzakirə səhifəsini oxuyun. Orada dediklərimlə tanış ola biləcəksiz. Bir məsləhət də verim ki hər mətn üçün müzakirə səhifəsi açmağa ehtiyac yoxdur. Bu haqda mənə (sil şablonunu mən qoyduğum üçün) və ya idarəçi Eminə müraciət edə bilərdiz. --Araz Yaquboglu (müzakirə) 06:56, 21 fevral 2016 (UTC)[cavabla]

Səhv etmirəmsə tərcümə olunmuş əsərlərdə də müəlliflik hüququ tərcüməçidə olur. O baxımdan tərcüməçilərin ölüm tarixində 70 il məsələsi qüvvədədir. --Araz Yaquboglu (müzakirə) 10:12, 3 mart 2016 (UTC)[cavabla]


Salam, hörmərli Araz Yaquboğlu. Müəlliflik hüququ haqqında qanunda müəlliflik hüququnun tərcümə əsasında yaranmış törəmə əsərlərə aid olduğu göstərilmişdir. Törəmə əsər anlayışı qanunda aşağıdakı şəkildə ifadə edilmişdir. "Törəmə əsər - tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi" mənasında izah olunur.

"Lisenziya hüququ və onun verilmə qaydaları"nda isə "Uyğunlaşdırma" və ya "törəmə əsər" daha geniş şəkildə izah olunur, qeyd olunur ki, törəmə əsər, başqa əsər əsasında yaradılan intellektual məhsuldur (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar və s.). Törəmə əsər - əsərin Əsər üzərində və ya digər əvvəl mövcud olan əsərlər üzərində qurulması deməkdir, məsələn tərcümə, uyğunlaşdırma, törəmə əsər, musiqinin aranjemanı, və ya ədəbiyyat və ya incəsənət əsərinin, və ya fonoqram və ya ifanın digər formada dəyişdirilməsi, bura həmçinin, kinematoqrafik uyğunlaşdırmalar və ya Əsərin başqa formada dəyişməsi və eyni zamanda onun orijinaldan törəməsinin aydın şəkildə bilinməsi deməkdir.

Göründüyü kimi, bütün tərcümələr törəmə əsər yaradılması demək deyil. Bu ilk növbədə, tərcümə edilən əsərdə arxaik sözlərin dil tarixinin inkişafı ilə əlaqədar müasir dövrdə mənalarının açıqlanması məqsədilə əlavə izahlar, iqtibaslar, şərhlərlə oxuculara çatdırılması və ya hansı dildə yaranmasından asılı olmayaraq əsərin vahid sujet xəttinin eyni məzmunda olmasıdır. Məsələn, Nizami Gəncəvinin məlum əsəri əsasında Yaxın Şərqdə min nəfərdən çox şair "Xosrov və Şirin" əsərini yaratmışlar. Bunlardan yalnız biri orijinal əsər, qalanları isə törəmə əsər adlanır. Və ya XIX əsrə qədər ədəbiyyatımızda (xüsusilə qəzəl janrında) alınma fars və ərəb sözləri o qədər çoxdur ki, tərcümə zamanı həmin sözlərin izahları qeyd olunmadan əsərin məzmununu oxuculara anlatmaq mümkün deyil. Hörmətlə, Rəşid müəllim. Rəşid Nurməmmədov (müzakirə) 17:10, 3 mart 2016 (UTC)[cavabla]

Qeydlərinizdən hansı fikrə görə tərcümənin müəllifilik hüququnun olmamasını anlamadım. --Araz Yaquboglu (müzakirə) 05:39, 4 mart 2016 (UTC)[cavabla]
Eminn (müzakirə səhifəsifəaliyyətləri) bəyin də fikri əsasdı. --Araz Yaquboglu (müzakirə) 06:02, 4 mart 2016 (UTC)[cavabla]

Bildirmək istəyirəm ki, tərcüməçi əsəri tərcümə edərkən onu zamanına uyğunlaşdırmaq üçün əlavə yaradıcılıq (iqtibaslar, şərhlər, xülasələr, referatlar, icmallar və s. vasitəsilə) fəaliyyət göstərməyibsə və ya tərcümə zamanı yeni intellektual yaradıcılıq məhsulu meydana çıxmayıbsa, əsər orijinalda olduğu kimi, yalnız sırf tərcümə işindən ibarətdirsə, bu əsər törəmə əsər hesab oluna bilməz. Törəmə əsər deyilsə, tərcüməçi müəlliflik hüququna da malik ola bilməz. Hörmətlə, Rəşid müəllim. Rəşid Nurməmmədov (müzakirə) 11:17, 4 mart 2016 (UTC)[cavabla]

Yaxşı onda biz hardan bilək ki, tərcüməçinin əsərə əlavəsi var ya yox. --Araz Yaquboglu (müzakirə) 13:12, 4 mart 2016 (UTC)[cavabla]
Törəmə əsərdə tərcüməci özü tərəfindən əlavə olunan izahlara, şərhlərə, referatlara, icmallara, xülasələrə oxucunun diqqətini əsas əsərə daxil etdiyi istiqamətləndirici işarələr (məsələn, arxaik sözün və ya cümlənin sonuna üst bölümdə yerləşdirilmiş 1,2,3 və sair rəqəmlər, 1,2 və ya üç * işarələri, mötərizədə (red.tərəfindən) sözləri və sair vasitələrlə cəlb edir. Siz, bu sahədə ən gözəl nümunə kimi görkəmli alimlərimiz Vasim Məmmədəliyev və Ziya Bünyadov tərəfindən tərcümə edilmiş Müqəddəs Qurani-Kərim kitabına nəzər yetirə bilərsiniz. Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 13:45, 4 mart 2016 (UTC)[cavabla]

Dəqiqləşdirmə[redaktə]

Salam həmkar. Mürəkkəb adlandırmada müəllifin adını göstərməyə ehtiyac yoxdur. Onda daha da uzun adlanma olur. Müəllif adını o zaman mörtərizədə mətn adında yazılır ki, o adda müxtəlif başlıqlar olur. Məsələn: Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim (Kişvəri) adlanması Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim kimi yazılması kifayətdir. --Araz Yaquboglu (müzakirə) 06:14, 11 mart 2016 (UTC)[cavabla]

Salam, Araz müəllim! Təşəkkür edirəm, gələcəkdə nəzərə alaram. Rəşid Nurməmmədov (müzakirə) 10:30, 11 mart 2016 (UTC)[cavabla]

Salam. Kitabi-tarixi Qarabağ əsərini azərbaycanca vikimənbəyə yerləşdirməyə başlamısız. Çox gözəl təşəbbüsdür. Sizə təşəkkür edirəm. Lakin bir məsələ var ki, qeyd etməsəm gələcəkdə bizə problem yaradacaq. Əsərin fəsilləri ki, var onları, məsələn İkinci fəsil başlığı altında yox, Kitabi-tarixi Qarabağ/İkinci fəsil formasında yaratsaz daha düzgün olar. Çünki bir çox əsərin fəsilləri var deyə, gərək əsərin də, əsərinin bölmə, cild, fəsil və s. adı dəqiq olsun. Bu dediyim əsərlərin tək fəsillərinə yox bütün başlıqlarına aiddir. Təşəkkürlər.--samral müzakirə 00:14, 23 mart 2016 (UTC)[cavabla]

Əgər istəsəz nümunə üçün mənim vm-ə yerləşdirdiyim Qarabağnaməyə baxa bilərsiz.--samral müzakirə 00:18, 23 mart 2016 (UTC)[cavabla]
Salam. Təşəkkür edirəm, mütləq nəzərə alaram. Hörmətlə, Rəşid Nurməmmədov (müzakirə) 02:34, 26 mart 2016 (UTC)[cavabla]
Mən təşəkkür edirəm. İndi çox gözəl görünür.--samral müzakirə 22:15, 26 mart 2016 (UTC)[cavabla]

Bir daha salam. Qarabağnamələr kateqoriyasının Kitabi-tarixi Qarabağ məqaləsinin bir tək özündə olması kifayətdir. Kitabi-tarixi Qarabağ məqaləsinin fəsillərində Qarabağnamələr kateqoriyasının olmasına ehtiyac yoxdur. Fəsillərdə Kitabi-tarixi Qarabağ kateqoriyası olması kifayətdir.--samral müzakirə 08:14, 26 sentyabr 2016 (UTC)[cavabla]

Səsvermə[redaktə]

Salam. Sizi səsvermə prinsipinin indiki versiyasının təklif olunan versiya ilə əvəz olunması üçün keçirilən səsvermədə iştiraka dəvət edirəm.--Emin ismarış 19:36, 23 aprel 2016 (UTC)[cavabla]