İstifadəçi müzakirəsi:Vago

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Vikimənbə saytından
Xoş gəlmisiniz, Vago!

Salam, Vago, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası -VikiMənbəxoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Yeni məqalə yaratmaq üçün tərəddüd etmə, cəsur ol, vikimənbə hər kəs üçün azad məkandır.
  • VikiMənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (məqalələr, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Eмϊn >> 15:14, 7 Yanvar 2010 (UTC)

Vikimənbə[redaktə]

Salam İradə xanım. Sizin həyata keçirmək istədiyinizin gerçəkləşməsini biz də arzulayırıq. Yəqin ki, bunu istəməyənlərin əlinə "kozır" verməyi Siz də istəməzsiz. Düşünürəm ki, bunları sabah Vikipediyanın qaydalarına {oxu: qaydaları bunlara :))} uyğun edib uzunömürlü etmək, bu gün edib sabah ləğv etməkdən, daha doğrusu bizə ləğv etdirmələrindən qat-qat yaxşıdır. Hörmətlə, --Vago 10:43, 16 Yanvar 2010 (UTC)

Mən də istərdim ki, bu kitablar Vikimənbədə uzunömürlü olsunlar. Bu isə özümüzdən, yəni Azərbaycanlılarda (daha doğrusu milli hissi olan Azərbaycanlılardan) asılıdır. Uzun ömürlü etmək üçün isə qaydaları özümüzə, daha doğrusu zamanın tələbinə uyğun yaratmaq lazımdır. Azərbaycan vikimənbəyində qaydalar buradakı cəmiyyətin razılığı ilə yaradılır, yəni səsvermə ilə. Səsvermə ilə qəbul olunmuş qaydaları heş kimin, heç Cimbonun da dəyişməyə ixtiyarı yoxdur. Belə ki, Vikipediya tam demokratikdir. Amma təəssüf ki, bizim cəmiyyət özgə qaydalarla oynamağa daha çox meyllidir. --Irada 14:58, 16 Yanvar 2010 (UTC)

İdarəçi[redaktə]

Salam, Vuqar 1981. İdarəçi seçilməyiniz münasibətilə təbrik edir və Sizə yeni-yeni nailiyyətlər arzulayıram. Hörmətlə, -Vaqo 14:10, 3 mart 2011 (UTC)[cavabla]

Təşəkkür edirəm. İnşallah Viki Mənbəyə xeyirli olar. --Vugar 1981 14:35, 3 mart 2011 (UTC)[cavabla]

interviki[redaktə]

Salam hörmətli Vago. Vikimənbəyə köçürdüyünüz Quran surələrinin intevikilərini də əlavə edə bilərsinizmi? Uğurlar. --N KOziMüzakirə 06:32, 1 mart 2012 (UTC)[cavabla]

Salam, Vugar_1981. İnşallah onu da etmək fikrindəyəm. Hörmətlə, Vago (talk) 06:36, 1 mart 2012 (UTC)[cavabla]

Vagobot[redaktə]

Salam. Vagobot üçün Vikimənbədə status almaq istəmirsiniz? --N KOziMüzakirə 05:48, 6 mart 2012 (UTC)[cavabla]

Salam, Vugar 1981. Status üçün bir az əvvəl metada ərizə vermişəm. Burada da ərizə vermək lazımdır, yoxsa eləcə metada idarəçilərin ərizəni təsdiq etməsi kifayət edər? Çünki layihə məxsusi bot siyasətə malikdir?Vago (talk) 05:51, 6 mart 2012 (UTC)[cavabla]
Zənnimcə, bu artıq olmaz. --N KOziMüzakirə 06:56, 6 mart 2012 (UTC)[cavabla]
Ərizə səhifəsi. --N KOziMüzakirə 07:02, 6 mart 2012 (UTC)[cavabla]

MediaWiki:Common.js[redaktə]

Belə düz oldu? --N KOziMüzakirə 12:33, 7 mart 2012 (UTC)[cavabla]


<pre> və </pre> teqlərini götürün, zəhmət olmasa. Vago (talk) 12:52, 7 mart 2012 (UTC)[cavabla]
HəY Götürüldü. --N KOziMüzakirə 13:39, 7 mart 2012 (UTC)[cavabla]
Təşəkkür. Nəsə alınmadı, yəqin çatışmazlıq var, onları axtarmaq lazımdır. İntervikini Enwikisource-dəki kimi etmək istəyirdim.Vago (talk) 13:46, 7 mart 2012 (UTC)[cavabla]

Həmin mətni orta hissələrə yerləşdirin, belə görünməlidir: [1]. Məsələn "addOnloadHook( LinkFA );" yazıdan sonrakı sətrə. Vago (talk) 13:53, 7 mart 2012 (UTC)[cavabla]

Səhifənin mətnini hazırladım, İstifadəçi:Vago/Common.js. Eynilə köçürə bilərsiniz. Vago (talk) 13:57, 7 mart 2012 (UTC)[cavabla]

Köçürdüm. --N KOziMüzakirə 14:00, 7 mart 2012 (UTC)[cavabla]
Çox gözəl alındı. Təşəkkür edirəm. --N KOziMüzakirə 14:06, 7 mart 2012 (UTC)[cavabla]
Sizə həm köməyə, həm də ordenə görə təşəkkür edirəm.Vago (talk) 14:24, 7 mart 2012 (UTC)[cavabla]
Təşəkkürə ehtiyac yoxdur. Vikimənbəni irəli aparacaq hər addımı atmaqdan çəkinməyin. Sizin novatorluğunuza güvənirəm. --N KOziMüzakirə 14:47, 7 mart 2012 (UTC)[cavabla]

Müəlliflik hüququ[redaktə]

Salam həmkar. İndiyəcən Vikimənbədə Müəlliflik hüququ pozuntusu olan yəni Müəllifin vəfatından 70 il ötməyən mətnlərin hamsı silindi. Sizin bunu nəzərə almağınızı, yəni artıq vaxtınızın getməsini istəmədiyim üçün yazdım. Müəlliflik hüququ məsələsi xeyli müzakirə olunub ([2] [3] [4] [5]). Mənim Vikimənbəyə yerləşdirdiyim bəlkə də 500-1000 mətnim silindi. Eləcə də digər istifadəçilərin. --Araz Yaquboglu (müzakirə) 15:01, 27 may 2016 (UTC)[cavabla]

Əleyküm salam! Allah razı olsun! Hazırda yaşayan müəlliflərin razılığını hansı yolla almaq olar? Dünən Hacı Qəzənfərlə ünsiyyət zamanı, o, bu işi təqdir etdi. Xahiş edirəm ki, müəllifin icazə verməsi yolunu deyəsiniz, axtarmağa artıq zaman sərf etməyim :) Hörmətlə, Vago (müzakirə) 19:06, 27 may 2016 (UTC)[cavabla]
Hazırda yaşayan müəlliflərin razılığı məsələsini bir dəfə Eminn bəyə demişdim. Xatırlayırsa dedi ki e-mail göndərsələr idarəçiyə o yolla qəbul etmək olar. Amma məncə bu da real görünmür. Mənim fikrimcə mətbuatda müəllif bu barədə açıqlama versə daha yaxşı olar. Bir də ki en viki və ruviki-də yaşayan və son illər vəfat edən müəlliflərin əsərləri var. Onlardan öyrənmək lazımdı ki görək necə edirlər, hansı şablonla bu əsərləri yerləşdirilər. --Araz Yaquboglu (müzakirə) 14:27, 28 may 2016 (UTC)[cavabla]
Təşəkkür. Hamılıqla araşdırsaq, yaxşı olardı...Vago (müzakirə) 10:31, 30 may 2016 (UTC)[cavabla]