Məzmuna keç

Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur

Vikimənbə saytından
Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur
Müəllif: Məhəmməd Füzuli


Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur,

Ah kim, yetgəc bana bir bərqi-aləmsuz olur.

Qeyri-çeşmindən bulur hərdəm nigahi-mərhəmət,

Bən nə qıldım kim, nəsibim navəki-dilduz olur.

Hər gün açır könlümü zövqi-vüsalın yengidən,

Gərçi güllər açmağa hər ildə bir novruz olur.

Halətək çıxmaz evindən mahtələtlər müdam,

Hər kimin dövri-qəmərdə taleyi firuz olur.

Saidin zövqiylə tərk etmiş Füzuli aləmi,

Meyli-səhra eyləməz hər quş ki dəstamuz olur.