Məzmuna keç

Şükür, minnət ol Allaha, könlümüzi şad eylədi

Vikimənbə saytından
Şükür, minnət ol Allaha, könlümüzi şad eylədi
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Şükür, minnət ol Allaha, könlümüzi şad eylədi,
Qəfesdəği quşca canum qayğudan azad eylədi.

Ol eşqimin bir zərrəsi bıraqdı Mənsur könlinə,
Taşdı “Ənel-həqq” deyübən çağırdı fəryad eylədi.

Gülə-gülə gəldi dara, eylədilər yara-yara,
Aşiq idi mə’şuqına, xoş dadını dad eylədi.

Ol xuyı xoş, həm buyı xoş, hem güli həm reyhanı xoş,
Allah ana dostum dedi, adın Mühəmməd eylədi.

Yunus, senün me’şuqüni sevdi yaratdı ol ğeni,
Boyu alif, qaşları nun, gözlərini şad eylədi.