Məzmuna keç

Şüur

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Şüur
Müəllif: Məhəmməd Hadi

Kurluqdan nə yetər, aşiqi-nur olmalıyız,
Tərk edib səfsətəni, əhli-şüur olmalıyız.
Açaraq can gözünü eylə təmaşayi-cahan,
Laşüuranə yaşarsaq, bizə əfsus, ixvan!