Məzmuna keç

Şəhdabi-ləbin sağəri-pеymanə tək, еy dust!

Vikimənbə saytından
Şəhdabi-ləbin sağəri-pеymanə tək, еy dust!
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Mоlla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Şəhdabi-ləbin sağəri-pеymanə tək, еy dust!
Dürci-dəhənin höqqеyi-dürdanə, tək еy dust!

Gülzari-bеhişt tək açılıb rövzеyi-hüsnün,
Bimar gözün nərgisi-məstanə tək, еy dust!

Оl dəm ki, göründü gözümə şəm’i-cəmalın,
Yandırdı məni şövq оdu pərvanə tək, еy dust!

Fikr еylədi ahu gözünü хəstə Vidadi,
Düşdü yеnə səhralara divanə tək, еy dust!