Şad ol, könül, nə məlulsan
Görünüş
Şad ol, könül, nə məlulsan Müəllif: Koroğlu |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Keçər dövran belə qalmaz,
Şad ol, könül, nə məlulsan?!
Dəlilərim salam almaz,
Şad ol, könül, nə məlulsan?!
Geydiyim igid kürküdü,
Dünya Süleyman mülküdü,
Dövlət ki, var, əl çirkidi,
Şad ol, könül, nə məlulsan?!
Koroğluyam, deyim sənə,
Od tutub alışdı sinə,
Aşıqlığım bəsdi mənə,
Şad ol, könül, nə məlulsan?!