Məzmuna keç

Şeyxlərə-işanlara

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Şeyxlərə-işanlara
Müəllif: Məhəmməd Hadi

Afərin olsun sənə, ey "filusuf"i-zifünun!
Pərvərişyabi-fünunun zümreyi-layə qilun.
Gəlsə ərbabi-zəka tə'lim üçün dərgahına,
Lövhi-idrakı olur qəlbin kimi zülmətnümun.
Rahbərmi, rahzənmi olduğun mə'lum ya,
Peyrəvani-məsləkindir firqeyi-layüflihun.
Pək böyük sərvətlilər e'lani-iflas eylədi,
Layiqi-heyrət budur hala "və hüm layəş' ürun".
Bunca aldandıq yetər, ey sevgili ixvanımız!
İştə ədvari-təyəqqüzdür “məta ma tərqüdun".