Məzmuna keç

Şihabəddin Məsudun III Toğrula məktubu

Vikimənbə saytından
Şihabəddin Məsudun III Toğrula məktubu (1193)
Müəllif: Şihabəddin Məsud
Mənbə: Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007. s.80-81.

Mən sultan Əlaəddin Təkişin məmlükü olduğuna, onun iltifatı və ehsanı ilə bəslənməyimə baxmayaraq, onun əlində bir oyuncağam və bu, xeyirli məsləhət verməkdə mənə maneəçilik törətmir. Başına kalansuv taxmış elə bir döyüşçü yoxdur ki, sənin hakimlik hüququn hesabına sənə tabe olmasın: çünki sənin [ata-baban] sultan və sultan oğlanlarıdır, onların hakimiyyəti müxtəlif ölkələrə yayılmış, onlar bütün torpaqlara sahib olmuşlar və onların xidmətində saysız-hesabsız insan dururdu. Mən sənə Reydən Savəyə çəkilməyi, orada Əlaəddin Təkişlə sülh bağlamağı məsləhət bilirəm. Biz isə səninlə onun arasında vasitəçi olarıq. Onun tələbinin son hüdudu sənin Reydən çıxmağındır. Bu [ona] ona görə lazımdır ki, qoy adamlar bilsinlər ki, onun ölkədəki hörmət və şərəfı kafırlərin hakimiyyətinin (mülük əl-küffar) gözündə sarsılmışdır. Onlara məlumdur ki, Rey Xarəzmşaha mənsubdur, ancaq onun adamları şəhərdən qovulmuş və şəhərə başqaları sahib olmuşdur. Bundan savayı onun başqa məqsədi yoxdur və sən Reydən onun xeyrinə əl çəksən, o buna qane olar, Reydə öz oğlunu qoyub yenidən Xarəzmə qayıdar. Oğlu Reydə qalarsa, sənin hakimiyyətin altında qalacaq, sənin əmrlərinə tabe olacaq, sənin yasaq bildiyini təlqin edəcəkdir. Buradan belə görünür ki, sultan öz xoşu ilə heç bir qan tökmədən geri qayıtmış, hər şey olduğu kimi qalacaqdır.