Şuşanın dağları başı dumanlı

Vikimənbə saytından
(Şuşanın dağları səhifəsindən istiqamətləndirilmişdir)
Keçid et: naviqasiya, axtar
Şuşanın dağları
Müəllif: Şifahi xalq ədəbiyyatı
Wikipedia logo Şuşanın dağları başı dumanlı haqqında Vikipediyada məqalə var.

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasanda balam, barı gül.

Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.

Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasanda balam, barı gül.

Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.