Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Əşar (13-cü nömrədə "Yetim cücə"yə cavab)
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Al gəldi

Bir para axmaq-uxmaq çünkü qahblar bikar,
Pəs indi neyləsinİər onunçun yazıllar əşar.
Amma nə soyləyirlər bir bax nə söz, ne iqrar,
İrane mərhəbaler, iranlılar sağ olsun.

Qafqazda yoxdur aya, iranlıca dirayət,
Hər kəndə, şəhrə bir bax, bir etgilən ziyarət,
Eşşəkçilikdə varnıı Uluxaniıtek vilayət?
İranh olmasm, qoy Ulucxanlılar sağ olsun,

Bakı zavodlarmda aya, kim iş görerdi?
Dərd etmə tum-çeşıaim, fermayi^m. hədardi.
Hər kənddə yüz reiyyet, her bir bəyə nökerdi,
Bakıya lazım olsa, dehqanlılar sağ olsun.

Dərviş, molla, seyyİd, həm rövzəxan, rəmmal
Minlərcə Naxçıvanda hər şəhr bunca timsal,
Şirvanı üste qoysaq min şeyx cəm dərhal
İranlı olmasın, qoy şirvanlılar sağ olsun.

Sən ki sual edirsən - pəs tası kim qurardı,
Kİmlər fala baxardı, kim meymun oynadardı,
Kim rövzəxan oiardı, kim cinləri tutardı,
Aləm nə tövr olardı İranlı olmasaydı?

Pəs guş ver əzizim - mən söyləyim cavabı,
Şah təxti rövzəxanm - varmı zəmində babı?
Tasıquran deyirsən - yoxdur sayı-hesabı,
Gəncə, Şəki, Rəvanda - gor Ordubad Qəhabı,
Falabaxandı hər yan - cindar haydı-haydı,
Şirvanlılar sağ olsun - iranlı olmasaydı,
İranlı olmasaydı - imanlılar sağ olsun.

Bir metlebİm də qaldı - iranlı satmaq üstə
Yüz il tamam yatmaq - namusu atmaq üstə.
Qardaş, nə söyləyirsən - divanesən, ya xəste?
Bax bir bizim dıyara - molla medalperəstə,
Xan İlə bəy də yekdil - cemən tutublar dəstə,
Hərrac, getdi millət! Hən'ac, üzün ağ olsun,
Hərrac, üzün ağ olsun - iranlılar sağ olsun.

İmza: Yesir cücə

  • “Molla Nəsrəddin", 2 may 1914, N 17