Məzmuna keç

Əşkərə qıldum bu gün pünhanumı

Vikimənbə saytından
Əşkərə qıldum bu gün pünhanumı
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Əşkərə qıldum bu gün pünhanumı,
Can verübən buldum ol cananumı.

Can, könül heyran qalıbdur mə’şuqə,
Mə’şuq ilə sürərəm dövranumı.

Dərd gərəkdür, dərd gərəkdür, dərd gərək,
Kim, gərək dərdə verəm dərmanunu.

Biməkanam anun içün dünyədə,
Kimsənə bilməz benüm məkanumı.

Anı buldumü nedərəm ayruğı?!
Yəğmaya verdüm bu gün dükkanumı.

Top benüm, çövganı aldum, çalaram,
Kim ala bu topdan meydamımı?!

Yer bənümdür, gög bənümdür, ərş bənüm,
Gör necəsi gərmişəm sayvanumı.

Yunus oldıysa adum bəs nə əcəb,
Oquyalar defterü divanumı.