Əbdülmömin xanın I Abbasa məktubu
Görünüş
Özbək hökmdarı Əbdülmömin xanın I Abbasa məktubu (1593) Müəllif: Əbdülmömin xan |
Mənbə: İsgəndər bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi (Tarixe-aləmaraye-Abbasi). Bakı, "Şərq-Qərb Nəşriyyat evi, 2010. səh.769-770. |
Padşahların arasında ya sülh olur, ya da cəng. Biz bunun hər ikisinə hazırıq. Əgər o həzrət sülhə razıdırsa, qoy Xorasanı bizə verib İraqa getsin, qədim vaxtlarda İraq və Azərbaycan padşahı Həsən padşah Türkmanla (Uzun Həsən) Bəlx və Xorasan padşahı Sultan Hüseyn Mirzə arasındakı sülh qayda-qanununa əməl etsin. Yox, əgər hərb etmək istərsə, tez gəlsin, çünki fəth və qələbə Allah-taalanın istəyi ilədir və ləşkərin[q 1] azlığı və çoxluğunun buna dəxli yoxdur.
Qeydlər
[redaktə]- ↑ Ləşkər ərəb sözüdür, ordu və yaxud qoşun mənasındadır.