Əcəb bilsəm bəni şeyda qılan kim

Vikimənbə saytından
(Əcəb bilsəm məni şeyda qılan kim səhifəsindən istiqamətləndirilmişdir)
Əcəb bilsəm bəni şeyda qılan kim (XIII əsr)
Müəllif: İzzəddin Həsənoğlu
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Əcəb bilsəm bəni şeyda qılan kim?
Bana bu eşq odın peyda qılan kim?
Əcəbləram, əcəb qaldım ilahi!
İman əhlin tutub tərsə qılan kim?
Qamışdan şəkkərü, daşdan cəvahir
Ağacdan daneyi xurma qılan kim?
Tənim yetmiş iki dürlü damardır,
Kimin irmaq, kimin dərya qılan kim?
Qoy bu tedbiri, gəl təqdiri gözlə,
Bu gün ki vədeyi fərda qılan kim?
Bu natun fərrişi hər dəm bu fərraş,
Bu ərşin rangini mina qılan kim?
Hesənoğlu, bu bir qətrə mənidən
Anın xub suratini ziba qılan kim?