Əcəb yüzin görən necə qılar tab
Görünüş
Əcəb yüzin görən necə qılar tab Müəllif: Şeyx İbrahim Gülşəni |
Əcəb yüzin görən necə qılar tab,
Çu andan bibədəl olur şeyxlə şab.
Əcəb nərgislərin uyur oyanux,
Görənün gözünə necə girər xab.
Əcəb durci-göhər kimi dəhandan
Düşünmidür görünən madəri-tab.
Əcəb ay kimi alınundan münəvvər,
Cəhanda varmıdur bir taqi-mehrab.
Əcəbmi təşnəliqdən can verərsə,
Görənlər ləblərüni lə’li-sirab.
Əcəbmi, ey pəri, yüzin görəndə
Günəş sararuban, qararə möhtab.
Əcəbmi gözlərümdən yaş yerinə
Axudam həsrətündən seyli-sürxab.
Əcəbmi Gülşəninün Rövşəniçün
İnildü zarisin manəndi-dulab.