Məzmuna keç

Əfkari-pərişan, ya ki təraneyi-təhəyyüranə

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əfkari-pərişan, ya ki təraneyi-təhəyyüranə
Müəllif: Məhəmməd Hadi

Bu dəhrdə ismi-bimüsəmma -
Hürriyyətü ədldir, müsavat.
Tə'miminə sə'y edər xəlaiq,
Aləmdə vücudu varmı? Heyhat!
Çox fərzi-məhaldır vücudi,
Sə'y ilə olurmu nəfyi isbat?
Madam zəmanədə qərəz var,
Mərdüm qərəzi edər müraat.
Əlbəttə məhalü mümtəne'dir -
İmkani-ədalətü müsavat.
Dünyanı qərəz verir fənayə,
Məxluqi qərəz
 salır bəlayə.
Madam qərəzə olur müraat,
Məxluqdə eyşü rahət olmaz.
Əhli-qərəzin şəqavətindən -
Övladi-vətən səlamət olmaz.
Əhli-qərəz olsa xəlqə rai,
Mər'ilər üçün rəfahət olmaz.
Gər əhli-qərəz kənarə olsa,
Bidadü cəfavü möhnet olmaz.
Hürriyyət olar o dəm nümayan,
Ne zülmü nə bir əsarət olmaz.
Azad olar xəlq dərdü qəmdən,
Təzyiqi-əsarətü sitəmdən.
Ey əhli-qərəz, utan, həya qıl!
Əl çək bu dəni ləcacətindən!
Bu milləti xarü zar qılma
Qəlbində olan qəsavətindən!
Tökdürmə əbəs dimai-xəlqi -
Zatında olan şəqavətinden!
Bu milleti vermə gəl fənayə -
Bir hübbi-cəlalü şövkətindən!
Ey heykəli-şumü şülmü bidad!
Yoxmu xəbərin qəbahətindən?!
Son afoti-mülkü millət oldun,
Müstövcibi-lə'nü nifrət oldun!
Hər mülkdə ədl ömr qılsa,
Məxrubə olur o yerdə tə’mir.
Gər sən kimi zalim olsa...
Mə'murə olur orada tədmir.
Vəhm eylə çəkib qılanda məzlum
Ahi-səhəri duayi-şəbgir;
Məzlum qədi-xəmidəsilə -
Hərgiz edəməz xəta atan tir.
Ə'malın edib təcəssüm axır -
Eylər səni şiri-qəhrə nəxcir!
Sən afətü fitneyi-cahansan,
Məxluqə bəlayi-nagəhansan!
Zülmü sitəmin salıbdı xəlqi -
Bir hali-təəssüf iştimalə -
Kim, xəlq, donar damarda qanı,
Salcaq qəmi-milləti xəyalə.
Vadar qılan deyilmisən sən!
Qardaş ilə qardaşı qitalə?
Sən hamiyi-mülkü millət olsan,
Uğrarmı vətən bu ixtilalə?
Sən peyrəvi-şəriət olsan,
İslam düşərmi böylə halə?
Məxluqi, -– yetər bu zülmü bidad, -
Azad elə, ol özün də azad!
Bu ahü fəğanü dadü fəryad -
Daş qəlbinə eyləməzmi tə'sir?
Xoşdurmu sənə bu qətlü qarət,
Əşrar eləyən bu darü bu gir?
Zülmündən olur əzizlər xar,
Bilcümlə günahü cürmü təqsir
Məzlum qılanda şikvə ağaz,
Xəlqin də olur sözü girəhgir.
Ey hiylə ilə qəsavətində,
Həm gürgi-cavanü rubəhi-pir,
Ə'malın edər səni giriftarAxir qəmü dərdə, ey cəfakar!


İstərsən əgər bəqayi-mülkün,
Bu kibrü məniyyətindən əl çək!
Hürriyyəti bəxş edib ənamə,
Təzyiqi-əsarətindən əl çək!
Bir kimsə deməz sənə ki...
Gəl sən bu riyasətindən əl çək!
Qanun üzərinə qıl riyasət,
Dəhşətli siyasətindən əl çək,
Şurayə işin mühəvvəl eylə,
Əhrarə ədavətindən əl çək!
Ədl ilə ənamı dəstgir et,
Azad elə doğrudan əsir et.
İnsan nədi? Yə'ni qabili-üns.
Gər böylə isə nədir bu vəhşət?
Vəhşət nədi? Yə’ni zülmü icbar.
İcbar nə? Suyi-istifadət,
Məxluq ki, hürr xəlq olunmuş,
Etmək onu bəsteyi-əsarət,
Təhdid ilə etmək həqqi təhdid*,
Qoymaq sitəm adına ədalət,
Mə'sumler üstə amir olmaq -
Hər zalümi dunü bikifayət.
Qıldıqca nəzər bu faciate,
Nifrət eləyir könül həyatə.