Əgər eşqi sevərsən can olasın

Vikimənbə saytından
Əgər eşqi sevərsən can olasın
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Əgər eşqi sevərsən can olasın,
Qamu dərdinə həm derman olasın.

Əgər dünya sevərsən mübtelasın,
Mə’ni sirrinə qandan irəsin?!

Cəhan köhnə saraydur, sən yenisin,
Neçə bir əskiyə həsretlənəsin?

Ağudur, bal dəgül dünya muradı,
Neçə bir ağuya barmaq banasm.

Qanadsuz quşleyin qaldun yabanda,
Qanadlu quşlara qanda irəsin?!

Sana ərdən əsa gərək bu yolda,
Tayanursan əsaya tayanasın.

Sözi bu Yunusın gozəllərədür,
Əgər aşiq olursan oyanasın.