Məzmuna keç

Əhmədin nağılı

Vikimənbə saytından

Biri varıymış, biri yoxuymuş, bir kişi, bir arvat varıymış. Buların Zeynaf addı bir qızı, Əhməd addı da bir oğlu varıymış. Bir gün kişi axşam yiməyinə ət alır. Əti pişiẋ yīr. Arvat döşünün birini kəsir axşama pişirir. Axşam əti yə̃ndə görüllər ət çox şirindi. Kişi arvadınnan küjnən ətin niyə şirin olmağını xavar alır. Arvat əti pişiẋ yidiyini dēf, döşünü kəsif pişirdiyini söylüyüf. Kişi dēr kin: — Onda gəl uşaxlarmızı kəsəẋ yə̃ẋ. Zeynaf munu eşidif qardaşınnan qaçıllar. Yolda Əhməd susunnan yanır, artdan su işməẋ isdīr. Bayışsı dēr: — İşsən qoyun olarsan.

Belə-belə üş-dörd arx keçillər. Gədə ussuyuf axırımcı artdan su içir. Bircə qırıx aŋarı getməmişdi kin, haman sāt cŭr olur. Gedif bir çinara irasd olullar. Qız çinara dēr kin: — Əyil, çinarım əyil, saŋa müşgül işim cüşüfdü. Çinar əyilir, bajı-qardaş orya çıxıllar. Əhməd cŭr ola-ola hər gün oy oyluyurdu. Gənə bir gün o, oy ētmişdi. Paççahın oğlu atını sulamağa ə̃ləndə çinarın başında gün tək işıldayan Zeynabı görüf ona gözə çüşdü. Əmbə ağaca çıxammadı. Ələçi kəsilif vardı yetdi. Bir hiyləgar qarf tapıf qızı gətirməyi ona tafşırdı. Qarı dedi kin: — Mən getmiyəjəm, əmbə pışqıçı yolla, ağacı pışqılasın.

Bu hiylə baş tutmadı. Munnan sōra qarı ağacın divinə qazan aparıf altda üş-dört tısvağa qoydu. Tısvağalar qaçanda qız ağaşdan çüsüf qazanın altda daş qoydu. Munu pusan paççahın oğlu qızı atın tərkinə çəkif apardı. Cŭr Əhməd gələndə görür kün, bayışsı yoxdu. Ələşsiz qalıf bayışsını axdarıf tafdı. Munnan sōra bayışsıiyildə yaşayır. Bir gün qaravaşı Fatmıynan paltar yumağa edir. Fatma itəliyif Zeynabı dəriyə salır. Özü də onun paltarını geyif öyə qayıdır. Gejəsinə paççahın oğlunnan yatır. Zeynaf həmişə saşdarın gədənin başının altda qoyurmuş, əmbə beyjə gədə görür kün, qız saşdarını onun altda qoymuyuf. Gədə deyir kin: — Bējə saşdarını niyə başımın altda qoymadın. Keçəl qız bijdiynən isdaxdı dēr. Savah gejdənnən Fatma özünü azzarılığa vuruf dēr kin, maŋa cŭr əti olmasa, ölərəm. Canımın canı çıxsın, qardaşımı kəsin yīm.

Camahat Əhmədi kəsməẋ isdiyəndə Əhməd icazə isdiyir. Beş dayqalığına icazə verillər. O, tez dəryənin qırağına qaçır. Paççahın oğlu da sınıxa-sınıxa xəlvətdiẋlərnən munun dalınan gedif onu pusur. Əhməd bayışsını çağırır kin: — Ay bajı, məni kəsillər. Bayışsı deyir: — Nağayrım, ay bajın ölsün, laxa balığın qarnında, Şah Abbas da qoynumda. Nə̃ləcim var. Paççahın oğlu munu eşidif, Zeynavı çıxartdırır. Əmr verir kin, keçəl qıza cəza verin. Keçəl qızı bir xam qatırın irpiməyinə bir örkənnən bərk-bərk sarıyıllar ve munnan sõra qatırı ülküdüllər. Keçəl qız cəhənnəmə vasil olur. Təzdənnən paççahın oğlu özünə toy vurdurur. Oğluna da ad qoyullar.