Əli (Xəstə Qasım)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əli (Xəstə Qasım)
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı (2011). Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi (az). Azərnəşr. Yoxlanılıb 2018-08-06.

Ərşi zəmin nohu qələm yox ikən,
Varlığa hamıdan tez gələn Əli.
Ustadlar ustadı özü olubdur,
Cəbrayil məqamın düz bilən Əli.

Sənin hörmətinə quruldu varlıq,
Həyatın zəmzəmi, o suyu dirlik.
Səndən kəşf olundu, elm və birlik,
Cəmi dillərnən söz bilən Əli.

Xəstə Qasım üzərmi daməndən əli?
Aləmi zərridə demişəm bəli.
Bir ismin Əlidi, bir ismin Vəli,
Cəmi pünhan dərdi tez bilən Əli.