Əlidir, Əli (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Əlidir, Əli Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 46-47 |
İsmi-vəsiyyinən vəliyyi-Xuda,
Şiri-pərvərdigar Əlidir, Əli.
Edən bədənləri sərindən cüda,
Sahibi-Zülfüqar Əlidir, Əli.
Gəlibdi mövcuda külli-kainat,
Vəhş ilə, teyr ilə, insan, heyvanat.
Heç kimsədən yoxdu bir zərrə nicat,
Axırda sahibkar Əlidir, Əli.
Gətirən Məhəmməd dinin aşkara,
Tanıdan məxluqu pərvərdigara.
Uçar ruh bədəndən, gedər məzara,
O gündən xəbərdar Əlidir, Əli.
Siratəlmüstəqim, vəzn ilə mizan,
Səqirən, kəbirən şefeyi-üsyan,
Qismi-nari-cəhim, cənnəti-Rizvan,
Onlara xiridar Əlidir, Əli.
Dünyadır - fanidir, üqbadır belə,
Cəmi məxluqatı salıb müşgülə.
İman, sübhü məsa sən gətir dilə,
Dar gündə mədədkar Əlidir, Əli.