Əlidir (Növrəs İman)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Əlidir Müəllif: Növrəs İman |
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh. 46 |
Ərşü samavatı dövr edib gəzən,
Eyni-dildə o sultanım Əlidir.
Baisi-kün-fəkan, nizamın düzən,
Dolandıran bu cahanım Əlidir.
Mehri-nübüvvətdə qırdı bütləri,
Dağıdıb qoşunu, pozdu səfləri.
Tamaşaya gəldi ol mələkləri,
Kərəm bəhri, səxakanım Əlidir.
Görmüşəm camalın o kərəmkanın,
Nuri-təcəllanın, yədi-beyzanın.
Demədi mətləbin Novrəs İmanın,
Eşqə salan yazıq canım Əlidir.