Əlidir (Nizami Gəncəvi)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əlidir
Müəllif: Nizami Gəncəvi
Mürəbbe – dördlük


Sevdim yenə bir mahı ki, dövran gözəlidir,
Sevdayi-qəmi-eşqi könüldə əzəlidir,
Bustani-canan gülşəninin tazə gülüdir.
Məhbubəm, əfəndim kim, onun ismi Əlidir.

Sehr ilə nəzər qılalı, ol dilbəri-fəttan ,
Divanə olubdur, saçı bəndində dilü can,
Meyl etmədi gözüm yaşına, ol sərvi-xuraman,
Məhbubum, əfəndim kim, onun ismi Əlidir.

Mən bəndəsinə rəhm ilə bir kəz nəzər etməz.
Bənzər ki, ona naleyü ahım əsər etməz,
Sanar bizi yolunda məgər tərki-sər etməz,
Məhbubum, əfəndim kim, onun ismi Əlidir.

Canı nə edərəm mən, mənə canan ələ girsə,
Dil xəstəsinə yəni ki, dərman ələ girsə,
Can verəydim bir gecə üryan ələ girsə,
Məhbubum, əfəndim kim, onun ismi Əlidir.

Əğyarına hər dəmdə işi lütfü kərimdir,
Mən quluna niçün, əcəba, cövrü sitəmdir?
Bir busə əta qılsa Nizamiyə kərəmdir,
Məhbubum, əfəndim kim, onun ismi Əlidir.