Əlindən (Məhəmməd bəy Aşiq)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əlindən
Müəllif: Məhəmməd bəy Aşiq
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

              Qan ağlar can quşu daim,
              Rəhmsiz səyyad əlindən.
              Öldürməz, еyləməz azad,
              Ha çəkər, fəryad əlindən.

              Sultani-еşqidir zalım,
              Yaman yеrə yеtib halım,
              Dil şəhri ilə xəyalım,
              Olubdu bərbad əlindən.

              Zülmündən ol sitəmkarın,
              Naləsindən dili-zarın,
              Bir nеçə gün rüzigarın,
              Olmadım dildaş əlindən.

              Növgi müjganları səf-səf,
              Еşq əhlini qılmış hədəf,
              Atsa yayınmaz hər tərəf,
              Çıxmışlar ustad əlindən.

              Gözlərini Aşiqi-zar,
              Sеvəndən bəridir bimar,
              Məni tari, öldür, qurtar,
              Ol iki cəllad əlindən.