Məzmuna keç

Ər libasın geyə hər rənglə zən, mərd olmaz

Vikimənbə saytından
Ər libasın geyə hər rənglə zən, mərd olmaz
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 56. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Ər libasın geyə hər rənglə zən, mərd olmaz,
Mərd hərçənd ki, zən öldürə, namərd olmaz.

Gər rəfiqin ola bidərd, dəvasız dərddir,
Əhli-dildən gələ min zəxm, о bir dərd olmaz.

Gəzsə gər əhli-təmə, dəhri, yüz il sail olub,
Vaqifi-hikmət olub, mərdi-cahangərd olmaz.

Demə hər surətə bitəcrübə mərdüm göz ilə,
Bərg hər növ ki, gülşəndə bitər vərd olmaz.

Qəm yemə, xəstə Vidadi, görüb ə’danı kəsir,
Haqqa ixlas ilə meydanə girən fərd olmaz.