Məzmuna keç

Əzəlidən vandı canumda bu eşq odı

Vikimənbə saytından
Əzəlidən vandı canumda bu eşq odı
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Əzəlidən vandı canumda bu eşq odı,
Əşkər etmədüm kimsəneye, bildüm ki, ol dost qodı.

Dört kitabı oquyan bulmadı eşqə çarə,
Ne bəgler, nə sultanlar, nə müderris, nə qazı.

Yer-gög oynar, ınlmaz, yellər əsər, dəprənməz,
Aqibət şol canun ki, eşqün ola bünyadı.

Eşq anadan toğmadı, kimsəyə qul olmadı,
Hökminə qıldı əsir cümlə bilişü yadı.

Eşqə məcnun olanlar assı ziyandan fariğ,
Qorqmaz issi-sovuqdan, bəs nə biliser odı?!

Əzəldə bənüm fıkrüm “ənəl-həqq” idi zikrüm,
Hənuz dəxi toğmadın ol Mənsuri-Bağdadi.

Eşq çənginə düşənün məlamət olur canı,
Anun içün bədnamdur Miskin Yunusun adı.