Əzbər-əzbəri
Görünüş
Əzbər-əzbəri Müəllif: Aşıq Alı |
İbtida əlifdən dərsim almışam,
Oxudum dərsimi əzbər-əzbəri.
Sən yetiş dadıma, ya sirri-xuda,
Sənsən ərşin-kürsün əzbər-əzbəri.
Yaratdı dünyanı külli-kainat,
Darda qalanlara o verir nicat.
Xişminən xeybəri eylədi bərbad,
Çağırram dilimdə əzbər-əzbəri.
Mehdiyi-peyğəmbər, sahibi-zaman,
Sən yetiş dadıma on iki imam.
Aşıq Alı deyər: ya şahi-Mərdan,
Oxudum dərsimi əzbər-əzbəri.