Əziz dostum!
Görünüş
| Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
| Əziz dostum! Müəllif: Məhəmməd Hadi |
İki şey yarı yardan ayırar:
Birisi mövtdür, biri hicran.
Məni səndən ayırsa da dövran,
Əsərim səndə yadigar qalar.
Ətfi-çeşm eylədikcə surətimə,
Duyacaqsan dilində zövqü əza,
İstərəm mən də ki, xəyali-Riza -
Mədfən olsun mənim həqiqətimə.