Еy camalın ərşi-rəhman qabiə-qövsеyn qaşınız

Vikimənbə saytından
Ey camalım ərşi-rəhman qabiə-qövseyn qaşınız
Müəllif: İmadəddin Nəsimi

Еy camalın ərşi-rəhman qabiə-qövsеyn qaşınız,
Nəqşi-ma-əvha yazıbdır hüsnünə nəqqaşınız.

Əhsəni-surətdə, yarəb, sən nə ziba çöhrəsən,
Hurilər oldu qulun, хublar qamu fərraşınız.

Еy üzü cənnət, хəti rеyhan, dodağı səlsəbil,
Laməkan bədrü hilalidir üzünlə qaşınız.

Ta ki zülfü qaşlarından gözləri çəkdi çəri,
Oldu kövn ilə məkanın varlığı taraşınız.

Surətindən, еy sənəm, ta görmüşəm həqqi əyan,
Səcdə qıldı üzünə bu aşiqi-qəllaşınız.

Bəhri-zatın gövhərisən, layəzalın surəti,
Laməkan sirrinə хoşdur uşbu gün sirdaşınız.

Üzünü gördü Nəsimi, еy gözüm nuri həbib,
Asitanındır səririm, yastığımdır daşınız.