Açıq məktub (Məhəmməd Biriya)
Görünüş
| Açıq məktub Müəllif: Məhəmməd Biriya |
| Mənbə: [1] |
Əziz ata, bilməz igid oğullar,
Şallax nədir, zindan nədir, dar nədir!?
Aslan kimi qoçaqların yanında,
Tülküsifət dovşan nədir, sar nədir!?
Yaman günün ömrü gərək az ola,
Bahar gələ, elin kefi saz ola,
Bir elin ki, doqquz ayı yaz ola,
Bulud nədir, duman nədir, qar nədir!?
Cavanlığın səadətli çağında,
Gözüm qaldı hürriyyətin bağında,
Gülə vurğun bülbülün qabağında,
Tikan nədir, xəzan nədir, xar nədir!?
- ↑ Məhəmməd Biriya - Əsərləri (az.). Elm nəşriyyatı. 2010. 37.