Açar bu sirri qansa kimsə əgər
Görünüş
Açar bu sirri qansa kimsə əgər! (1995) Müəllif: RAUF |
Açar bu sirri qansa kimsə əgər!
Sevməzmi O eşqi bir kimsə məgər!?
Nə sirr nə möcüzədir bu həqiqət,
Həm sirr həm möcüzədir hər gün-səhər!
Açsa gizli gözün tüm bəşəriyyət,
Açıq-aydın həqiqət Həqqi görər!
Gözlə görünməz ki, sevgi-məhəbbət,
Kim olsa əqlinə sahib düşünər!
Fərhadda vardır sevməyə mərifət,
O səbəbdən sevgini Şirin bilər!
Gərəkdir Məcnunda ola sədaqət,
O zaman dəli Leylasıçün ölər!
Varmı bir kimsədə indi ədalət?!
O Kərəmdir ki, eşq nədir dərk edər!
Əsli sevənin varıdır ləyaqət,
Eşq sirrin Rauf bilər, Rauf söylər!
...Müəllif:Rauf Cavad