Ağılar

Vikimənbə saytından
Ağılar
Müəllif: Portal:Şifahi xalq ədəbiyyatı

Can qardaş, canım qardaş,
Ağlayır canım qardaş.
Baş qoyum dizin üstə
Qoy çıxsın canım, qardaş.

Bostanda tağım ağlar,
Basma yarpağım ağlar.
Nə qədər sağam ağlaram
Ölsəm torpağım ağlar.

Anası yanar ağlar,
Hərifi qanar ağlar.
Ana deyir göyərçin
Tabuta qonar ağlar.

Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar.
Belə oğlu ölən ana
Sərgərdan gəzər ağlar.

Xarici keçidlər[redaktə]