Məzmuna keç

Ağ yalan

Vikimənbə saytından
Ağ yalan
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.

Hədi idi, Hüdü idi, Salman oğlu Sadıx idi, mən idim.
Dədəm altda, mən yayax, əlimdə dəmir dayax.
Palçıq dizdən, su qurşaxdan, ha yüyürdox toz qopdu.
Getdox, getdox, doğmamış doşan balasın atdox, bitməmiş yoşan düzünə çatdox.
Gördox bir doşan qaçır.
Hədiyə dedim:
- Tüfəngin var?
Dedi:
- Yox.
Hüdüyə dedim:
- Tüfəngin var?
Dedi:
- Yox.
Salman oğlu Sadığa dedim:
- Tüfəngin var?
Dedi:
- Yox.
Dədəmə dedim:
- Tüfəngin var?
Dedi:
- Yox.
Əlimi civimə saldım, gördüm ki, iki piçağım var. Birinin sapı var, sulğuncu yox, o birinin sulğuncu var, sapı yox.
Dovşanı sapnan soydum.
Əti bişirmək üçün Hədiyə dedim:
- Qazana get.
Dedi:
- Getmirəm.
Hüdüyə dedim:
- Qazana get.
Dedi:
- Getmirəm.
Salman oğlu Sadığa dedim:
- Qazana get.
Dedi:
- Getmirəm.
Dədəmə dedim:
- Qazana get.
Dedi:
- Getmirəm.
Axırda özüm gedəsi oldum. Getdim, getdim, gördüm bir məhlədə qoca qarı oturub. Qarıdan qazan istədim. Qarı dedi:
- Oğul, iki qazanım var, birinin qırağı var, altı yoxdu, o birinin altı var, qırağı yoxdu.
Qırağı olan qazanı götürüb gəldim. Əti qovurdox, bişirdox, doyunca yidox. Qalan bişmiş, çiy əti də qarıya verib yolumuza davam etdox. Az getdox, üz getdox, bir ot tayasına rast gəldox. Hava çox soyuq idi. Tayanı oddadox. Taya yandı, içindən bir palan çıxdı.
Palan da yandı, yandı, içindən bir yekə ağ yalan çıxdı.