Ağlaram (Sultanlar əyləşdi nərgiz taхtında)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ağlaram
Müəllif: Miskin Abdal
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.


Sultanlar əyləşdi nərgiz taхtında,
Aralığa Şəmşir endi, ağlaram!
Məkas fəğan etdi dərya üzündə,
Yelkənim tərsinə döndü, ağlaram!

Nökər olan qulluq edər хanına,
Məşuqlar susadı aşiq qanına,
Cəbrayıl yetişdi haqq məqamına,
Alışdı şahpəri , yandı, ağlaram!

Ya Rəb, görən kimlər yetər dadıma,
Həsrət qaldım ocağıma, oduma.
Miskinəm, ərənlər düşdü yadıma,
Didəm yaşı selə döndü, ağlaram!