Məzmuna keç

Səhifə:Zodlu Abdulla (toplayıb tərtib edən İbadulla Ağayev). Bakı, Təbib, 2024.pdf/69

Vikimənbə saytından
(A yağı zülfün səhifəsindən istiqamətləndirilmişdir)
Bu səhifə korrektə edilib

A YAĞI ZÜLFÜN

A beymürvət, məni candan eylədin,
Göründü gözümə a yağı zülfün.
Baş dayanar, qəhri çoxdur dünyada,
Toxunsa yandırar ayağı zülfün.

Fərhad cəfa çəkdi Şirin yerində,
Ürbah dura bilməz şirin yerində.
Şirin ixtilatın şirin yerində
Qatdı şərbətinə ay ağı zülfün.

Köçdü yaylaqlara qarabağlı yar,
Əsər gədikləri qara bağlıyar.
Dost ayrılsa dostu qara bağlıyar,
Çəkər al üstündən ay ağı zülfün.

Abdullayam, yönüm düşdü hər yana,
Pərvanətək eşq oduna hər yana.
Siyah zülfün san çəkibdir hər yana,
Coşub əbru kimi a yağı zülfün.

69