Abbasqulu bəy

Vikimənbə saytından
Jump to navigation Jump to search
Abbasqulu bəy
Müəllif: Aşıq Xudayar
Mənbə: Ziyəddin Məhərrəmov. "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, "Nurlan", 2010.

...Vedibasar yeriyibdi, bir qanlı davadan deyim.
Dəstəsində şir oğullar, bu eldən, obadan deyim.
Məhərrəmnən İbrahimnən, Xəlilnən Nəbodan deyim.
Andranikin bağrını yarıbdı Abbasqulu bəy!

Tanrı ona rüsxət versin, müsəlmanın dayağıdı!
Yoxsulların, fağırların evlərinin çırağıdı!
Ay Xudayar, bu mərd oğul qoçaxların qoçağıdı!
Bu millətin xilasına durubdu Abbasqulu bəy!