Məzmuna keç

Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar!

Vikimənbə saytından
Ah-ah, ey çərxi-qəddar ah, ey bədruzigar!
Müəllif: Molla Vəli Vidadi
Mənbə: Molla Vəli Vidadi. "Əsərləri" (az.). Bakı: Öndər. 2004. səh. 58. ISBN 9952-416-25-2. (#cite_web_url); (#accessdate_missing_url)

Ah-ah, ey çərxi-qəddar, ah, ey bədruzigar,
Künci-zülmətdə əcəb qoydun məni heyranü zar.

Yarı yox, dildarı yox, bir munisi, qəmxarı yox,
Gözdə nəm, xatirdə qəm, heyrətdə hərdəm dilfikar.

Dəstü pa bəstə, bədən xəstə, şikəstə sərnigün,
Çeşmi giryan, cismi büryan, müztərib can biqərar.

Getdi taqət, nazü rif’ət, qədrü hörmət payimal,
Dərdi əfzun, əşk gülgün, bəxt gün-gün tirətar.

Neçə yüz daği-fəraq ilən Vidadi xəstəni
Tarmar etdin sən, ey gərduni-dun, ol tarimar!