Ahu kimi baxanda o məstanə gözlərin

Vikimənbə saytından
Jump to navigation Jump to search
Ahu kimi baxanda o məstanə gözlərin
Müəllif: İbrahim bəy Azər
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.

Ahu kimi baxanda o məstanə gözlərin,
Baxdıqca eyləyir məni divanə gözlərin.

Fərhad kimi mən kimiyə dağı dəldirir,
Şirin baxışlı, Xosrova xubanə gözlərin.

Hər dəm ki, istəsə baxa bir kəc nigahilə,
Yüz min könül yıxar yenə cananə gözlərin.

Zənciri-eşqini salıban boynuma mənim,
Bak etməyib cəkər məni hər yanə gözlərin.

Eşqin edibdi Azəri-dilxəstəni cunun,
Məcnunsifət salı bu biyabanə gözlərin.