Akademiya üçün hesabat

Vikimənbə saytından
Akademiya üçün hesabat
Müəllif: Frans Kafka
Mənbə: Frans Kafka-Akademiya üçün hesabat


Hörmətli cənab akademiklər ! Siz mənə həyatımıın meymun olduğum dövrü haqqında akademiya üçün hesabat yazmağı təklif etməklə çox böyük hörmət göstərmiş olmusunuz . Təəssüf ki , sizin xahişinizi yerinə yetirə bilmirəm . Artıq beş ildir ki, meymun əslimdən ayrılmışam : Ədəbiyyat baxımından nəzərdən keçirsək bu çox qısa bir müddətdir. Lakin mənim üşün bu son dərəcə uzun çəkmişdir ; Bəxtim gətirsə də və öz yolumda məsləhət və alqışlara xəsislik etməyən çox gözəl insanlara rast gəlsəm də irəliyə doğru orkestrlərin sadaları altında hərəkət etsəm də mən əslində həmişə tənha olmuşam ; mənə kömək edən adamlar təşbihlə desək , divarın o tərəfində qalıblar . Mən keçmişimdən , gənclik xatirələrimdən inadla yapışıb qalsaydım , heç bir zaman uğur qazana bilməzdim . Məhz inadcıl olmamaq bu məsələdə yerinə yetirməli olduğum əsas tələb olmuşdur . Və mən , azadlıq övladı hər cür əsarətə boyun əyirdim . Buna görə də xatirələrim gündən – günə solğunlaşırdı . Öncələr adamlar bunu istəsəydilər , mən hələ asanlıqla əvvəlki həyatıma qayıda bilərdim – oraya gedən yolun qapısı taybatay açıq idi , lakin mən mədəniləşdikcə bu qapı get - gedə alçalır və daralır , mən özümü adamların dünyasıdna daha yaxşı və daha inamlı hiss edirdim ; məin keçmişimdən qoparmış tufan çoxdan yatmışdır , məndə indi yalnız dabanlarımı yüngülcə qıdıqlayan yüngül bir yel qalıb , bu yelin kçeib gəldiyi və bir vaxtlar mənim də keçdiyim dəliksə lap balacalaşıb ; əgər oraya gedib çıxmaq üçün qüvvə və iradəm çatsaydı belə , oradan dərimi cırmadan keçib gedə bilməzdim . Hər şeyi öz adı ilə çağırsaq - əslində belə hallarda məcazla danışmağa üstünlük verilir , - hər şeyi öz adı ilə çağırsaq , bəyan edərdim ki, cənablar , sizin meymun zatınız əgər mövcuddursa mənim kimi dərində gizlənmişdir . Meymun keçmişimizin küləyi də balaca şimpanzedən tutmuş böyük Axillesə qədər bütün ölənlərin dabanını qıdıqlayır . Hər halda , cənablar , mən Akademiyanın verdiyi suala qismən cavab verə bilərəm və bunu böyük məmnuniyyətlə edirəm . Öyrəndiyim ilk şey əl tutuşdurmaq olub , - əl tutuşdurmaq səmimilik əlamətidir . Qoy bu gün şöhrətin zirvəsində durduğum bir gündə ötən zamanlardakı əl tutuşdurmalarıma indiki səmimi sözlərim əlavə olunsun . Doğrudur , Akademiya bundan prinsipcə heç bir yeni şey əldə etməyəcək , bu hörmətli cənablar , sizin məndən eşitmək istədiyinizdən çox uzaqdır və mən nə qədər çalışsam da , sizin itəyinizi yerinə yetirə bilməyəcəm , ancaq buna baxmayaraq , mənim hesabatım əvvəlki meymunun insan birliyinədaxil olmağına və burada kök salmağına kömək etmiş əsas xətti göstərəcəkdir . Təbii ki, özümə bu qədər inanmasaydım və mədəni dünyanın bütün iri varyetelərinin səhnələrində həqiqi mənada belə möhkəm mövqe tutmasaydım , etdiyim bu kiçik etirafları etməyə bilərdim . Mən Qızıl Sahildə doğulmuşam ... Necə tutulmağımı yalnız başqalarının sözündən bilirəm . “ Hagembek” firmasının – yeri gəlmişkən,bu firmanin başçısı ilə bir xeyli qırmızı şərab şüşələri boşaltmışam - xüsusi ekspedisiyalarından biri sahildəki kolluqlarda yerləşibmiş , su içməyə gələn meymunların içində mən də varmışam . Atəş açılır ; mən güllə dəyən yeganəsi oluram ; məni iki dəfə yaralayıblarmış . Yanağıma dəyən güllə yarası yüngül oldu , bu yaradan böyük bir qırmızı çapıq qaldı , buna görə mənə iyrənc , heç nəyə bənzəməyən “ Qırmızı Peter “ ləqəbini verdilər – həqiqətən meymun uydurmasıdır . Belə düşünmək olar ki, guya mən bu yaxınlarda gəbərmiş , yalnız üzündəki qırmızı çapıqla məşhur olan təlimləndirilmiş Peter adlı meymundan fərqlənmirəm . Mən bu barədə söz gəliçi danışdım . İkinci atəş budumdan bir az aşağını yaraladı . Bu , ağır yara idi – mən hələ də bir az axsayıram . Bu yaxınlarda mənim barəmdə boşboğazlıq edən minlərlə qəzet cızma – qaraçılarından birinin qələmindən çıxmış məqalədə aşağıdakıları oxudum : mənim meymun zatım hələ də özünü göstərməkdədir ; bunu o fakt sübut edir ki, mən bədənimdəki güllə yarasını göstərmək üçün camaatın qarşısında xüsusi bir məmnuniyyətlə şalvarımı çıxarıram . Bunu yazanın əli qurusun ! Bəli , mən istədiyim adamın qarşısında sakitcə şalvarımı soyuna bilərəm , mənə baxanlar yaxşı qulluq edilmiş meymun dərisindən və həmin o həyasız atəşdən sonra qalmış çapıqdan başqa heç nə görməyəcəklər . Mən bu sözü konkret hal üçün işlətdim , ancaq istəmirəm ki , məni yanlış başa düşsünlər – bu , həyasız atəşin çapığıdır . Mənim hər şeyim göz qabağındadır , gizlətməli bir şeyim yoxdur və ümumiyyətlə , həqiqətin üzə çıxarılması üçün geniş dünyagörüşlü hər hansı bir düşünən məxluqun nəzakət qaydalarından kənara çıxmağa ixtiyarı var . Əlbəttə , camaatın qarşısında bayaq haqqında danışdığım cızma – qaraçı soyunsaydı , tamam başqa bir mənzərənin şahidi olardıq ; məncə , o , bunu sağlam düşüncəyə malik olduğundan etmir . Onda qoy heç olmasa əxlaq dərsləri ilə zəhləmizi tökməsin ! Yaralandıqdan sonra özümə gəlib gördüm ki, “ Hagenbek “ firması gəmisinin orta göyərtəsindəki qəfəsdəyəm – mənimn şəxsi xatirələrim tədriclə bu vaxtdan başlanır . Salındığım qəfəs o qədər də adi qəfəs deyilmiş : üç qəfəsli divar qutu taxtası ilə örülmüş , dördüncü divar isə taxtadan idi . Bu qurğu elə alçaq idi ki, burada dik durmaq və elə dar idi ki , oturmaq mümkün deyildi . Mən ayaqlarımı qatlayıb çömələrək oturmalı oldum ; dizlərim aramsız titrəyirdi ; görünür o günlər mən heç kimi görmək istəmir , tənhalıqda qalmağa üstünlük verirmişəm ; buna görə də mən qəfəsin taxta divarına gözümü dikərək otururdum və dəmir millər belimə işləyirdi . Vəhşi heyvanların bilavasitə tutulmasından sonra təsvir etdiyim üsulla saxlanılması ən yaxşı saxlanma üsulu hesab olunur ; öz təcrübəmdən çıxış edərək insani nöqteyi – nəzərdən bunun elə - belə də olduğunu inkar edə bilmərəm . Ancaq o zaman mən bu barədə düşünmürdüm . Ömrümdə ilk dəfə mənim çıxış yolum , hər halda , birbaşa çıxış yolum qalmamışdı ; qarşımda taxtaları bir – birinə kip geydirilmiş yeşik divarı var idi. Doğrudur , mən tezliklə divarda bir deşik tapdım və o zamankı ağılsızlığım səbəbindən bu tapıntımı sevincli bir ingilti ilə qeyd etdim ; lakin bu dəlik o qədər balaca idi ki, oraya heç quyruğumu da soxa bilməzdim və mənim bütün meymun qüvvəm bu dəliyi genişləndirməyə qadir deyildi . Sonradan mənə məlumat verildiyinə görə , mən o zaman heyranedici dərəcədə az hay – küy salmışam ; bundan belə bir nəticəyə gəliblərmiş ki , mən ya tezliklə öləcək , ya da böhran dövrünü yaşaya bilsəm , asanlıqla əhliləşəcəyəm . Məlum olduğu kimi , mən bu dövrü yaşadım ... Mənim yeni həyyatım əvvəlcə ondan ibarət idi ki , əzabla üz – gözümü turşudaraq kədərlə zingildəyirdim , birə axatarırdım , yorğun – yorğun kokos qozlarını yalayırdım , başımı taxta divara vurur və bir kimsə mənə yaxınlaşanda dişlərimi qıcıdırdım . Ancaq nə eləsəm də bir duyğu mənə hakim kəsilmişdi : çıxış yolu nədir ! Təbii ki , o zamankı mymun təəssuratlarımı indi yalnız insan dili və deməli qeyri – dəqiq çatdıra bilərəm . İndi mən özüm də əvvəlki meymun həqiqətimi dərk etmək iqtidarında deyiləm , lakin hər halda , hardasa ona yaxınam ; buna şübhə etməmək olar . O vaxta qədər mənim nə qədər istəsəniz çıxış yolum vardı və qəflətən bircə dənə də çıxış yolum qalmadı . Mən çıxılmaz vəziyyətə düşmüşdüm . Məni elə yerə salmışdılar ki , divara mıxlasaydılar , vəziyyətim bundan pis ola bilməzdi . Axı , nəyə görə ? Ayaq barmaqlarını qan çıxanacan didişdirsən də bir şey başa düşməzsən . İki parça oluncaya qədər çiynini divara çırpsan da bir şey başa düşməzsən . Çıxış yolu yox idi , ancaq mən onu tapmalı idim , çünki bunsuz yaşaya bilmirdim . Bütün ömrüm boyu taxta divar qarşısında otura bilməzdim , axı ölüm bundan yaxşıdır . Hagenbekə görə isə meymun taxta divar qarşısında oturmalı imiş ... Və mən də meymun olmağın daşını atdım ! Öz qarnımla gəlib çıxdığım aydın və məntiqli nəticəsi belə oldu , çünki meymunlar qarınları ilə düşürdülər . Qorxuram ki , siz mənim işlətdiyim “ çıxış yolu “ sözünü düzgün başa düşməyəsiniz . Mən bu söz ilkin və birbaşa mənasında işlədirəm . Mən qəsdən azadlıq haqqında danışmıram . Böyük azadlıq – geniş əhatəli azadlıq duyğusunu mən bir kənara qoyuram . Tamamilə mümkündür ki , meymun olarkən mən bu duyğunu yaşamışam ; sonralar mən azadlığa can atan adamlarla rastlaşmışam . Şəxsən mən nə o zaman , nə də indi azadlıq tələb etməmişəm . Yeri gəlmişkən , adamlar əksər hallarda bu sözlə özlərini aldadırlar . azadlığı ən yüksək duyğulara aid edirlər , buna görə də azadlıq haqqında yalanı da yüksək hesab edirlər . Varyete səhnəsindəki çıxışlarımdan öncə lap qübbənin altında trapesiyalarla cüt işləyənləri tez – tez müşahidə edirdim . Onlar yellənir , yuxarı tullanır , bir – birini qucaqlayırdılar . Birisi dişi ilə o birisinin saçlarından tuturdu . “Adamlar da bunu azadlıq adlandırır , - deyə düşünürdüm , - hərəkət azadlığı “ . Ana təbiətə qarşı nə böyük təhqir ! Meymunlara bu azadlığı göstərsəydilər , onların gülüşlərindən sirkin divarları uçulardı . Xeyr , mən azadlıq istəmirdim . Mən sadəcə olaraq istədiyim yönə , sağa , sola çıxmaq istəyirdim , başqa tələbim yox idi ; qoy tapacağım çıxış yolu yalan olsun . O qədər az şey istəyirdim ki , onun yalanı da bir şey olmazdı . Mən irəli , yalnız irəli hərəkət etməli idim . Yalnız pəncələrimi qaldırıb durmamalı , özümü taxta divara dirənmiş vəziyyətdə hiss etməməli idim . İndi mən aydın görürəm : çox böyük daxili sakitliyə malik olmasaydım , heç zaman qəfəsdən çıxa bilməzdim . Doğrudan da nəyə nailolmuşamsa , yəqin ki , gəmidə keçirdiyim bir neçə gündən Sonra əldə etdiyim sakitliyə borcluyam . Sakitliyə görə isə mən , öz növbəsində , məni əhatə edən adamlara borcluyam . Heç nəyə baxmayaraq , onlar yaxşı adamlar idilər . Mən hələ də onların ağır yerişlərini , mürgülü şüuruma təsir edən ayaqqabı səslərini həvəslə xatırlayıram . Onlar hər işi ağır görürdülər . Onlardan hansı biri gözünü ovuşdurmaq istəyirdisə , əlini elə qaldırırdı ki , elə bil bu ağır çəki daşıdır . Zarafatları kobud səslnirdi , Ancaq bu səmimi qəlbdən gəlirdi . Onların gülüşləri zəhmli öskürəklə müşayiət olunurdu , lakin bu heç nə demək deyildi . Onlar həmişə tüpürmək istəyirdilər və hara gəldi tüpürürdülər . Həmişə şikayət edirilər ki , mənə görə onları birə basıb . Lakin onlar buna görə heç vaxt ciddi şəkildə acıqlanmırdılar. Adamlar yaxşı başa düşürdülər ki , meymunlarda birə olur və birələr tullanmaqda ustadırlar . Bu şəraitlə istər – istəməz barışmalı olursan . Boş vaxtlarında qəfəsimin qarşısında var – gəl edənlər də olurdu ; onlar sakitcə oturur və dodaqaltı nə isə donquldanır , yaxud yeşiklərin üstündə oturub qəlyan çəkirdilər ; ancaq bir balaca tərpənsəydim , budlarıma vurardılar ; arabir onlar taxtanl götürüb mənim üçün xoş olan yerləri qıdıqlayırdılar . Əgər indi mənə bu gəmidə səyahətə çıxmağı təklif etsəydilər , mən yəqin ki , imtina edərdim , ancaq onu da bilirəm ki , bu gəmi ilə bağlı xatirələrim heç də yalnız xoşagəlməz deyil . Komanda mühitində əldə etdiyim sakitlik hər şeydən öncə mənim hər hansı bir qaçmaq cəhdimin qarşısını aldı . Keçmişə nəzər salıb belə hesab edirəm : mən hələ o zaman hiss edirdim ki , - qoy belə olsun , - yalnız hiss edirdim ki , sağ qalmaq istəyirəm və qaçmaqla buna nail olmaq mümkün deyil . Bilmirəm qaça bilərdimmi , amma düşünürəm ki , bilərdim : bu məsələdə meymun üçün mümkün olmayan şey yoxdur . İndi mənim dişlərim o qədər zəifləyib ki , hətta qoz sındıranda belə ehtiyyatlı tərpənməli oluram , ancaq o zaman gec – tez qəfəsin qıfılını çeynəyə bilərdim . Mən bunu etmədim . Bir də ki , bunun nə xeyri olar bilərdi ? Çıxan kimi məni əvvəlkindən də pis olan bir başqa qəfəsə salacaqdılar . Əgər xəlvətcə keçib başqa məhbusların – məsələn nəhəng ilanların – qəfəsinə girə bilsəydim onların ağuşunda gəbərməiydim . Həmçinin fərz edək ki , mən gizlincə yuxarı göyərtəyə çıxıb suya tullandım ; bir müddət özümü suda saxlaya bilsəm də , sonra bamalı idim . Bütün bunlar ümidsiz cəhdlər olardı . Əlbəttə , o zaman mən hələ insan kimi düşünə bilmirdim , ancaq mühitin təsiri ilə hərəkət edirdim ki , elə bil düşünürəm . Bəli , mən düşünmürdüm , əvəzində qəribə bir soyuqqanlılıqla müşahidə edirdim . Mən görürdüm ki , yanımdan adamlar gəlib keçir , onların üzləri eyni , hərəkətləri eynidir , çox zaman mənə elə gəlirdi ki , bu keçənlərin hamısı bir adamdır ; bu adam – və ya adamlar maneəsiz olaraq hərəkət edirdi . Qarşımda böyük bir məqsəd açılmışdı . Adamlar mənə söz verməlidirlər ki , onlar kimi olsam , zindandan xilas olacağam . Şərtlər qabaqcadan həyata keçirilməz olduqda heç bir şeyi vəd etmək mümkün deyil . Ancaq elə ki , bir şərt yerinə yetirildi , sənə heç nəzərdə tutmadığın halda köhnə tarixlə vədlər verməyə başlayırlar . Aralarında yaşadığım adamların həyatı məni heç də çəkmirdi . Haqqında danışdığım azadlığın tərəfdarı olsaydım , gəmidən suya tullanmağı adamların qaşqabaqlı baxışlarından oxuduğum çıxış yolundan üstün tutardım . Hər halda , mən belə şeylər barədə düşünməyə başlamazdan əvvəl uzun adamları müşahidə etdim və məni müəyyən bir yola məhz müşahidələrim sövq edirdi . Adamları yamsılamaqdan da asan şey yoxdur . Lap ilk günlərdə mən tüpürməyi öyrəndim . Mən və adamlar bir – birimizin üstünə tüpürməyə başladıq ; fərq yalnız ondan ibarət idi ki , mən üzümü yalaya bilirdim , adamlar isə - yox . Tezliklə mən əməlli – başlı qəlyan çəkməyə başladım . Barmaqlarımla tütünü udmağa başlayan kimi bütün orta göyərtə şadlıq edirdi ; mən uzun müddət yalnız bir şeyi – boş və dolu qəlyan arasındakı fərqi başa düşə bilmirdim . Ancaq hər şeydən çox mənə əzab verən araq oldu ; mən spirt qoxusuna dözə bilmirdim ; arağa öyrəşənə qədər bir çox həftələr keçdi . Qəribə orası idi ki , arağa görə apardığım daxili mübarizəyə adamlar həddindən artıq ciddi – başqa şeylərin hamısından ciddi yanaşırdılar . Hətta indi , keçmişi xatırlayarkən mən ayrı – ayrı adamların üzlərini seçə bilmirəm , yalnız orası yadımdadır ki , günün və gecənin müxtəlif vaxtlarında kimsə tək və ya yoldaşları ilə qəfəsimə yaxınlaşıb mənə dərs verir . Mən onun üçün anlaşılmaz bir məxluq idim və o məni başa düşməyə çalışırdı . Mənim müəllimim şüşənin ağzını yavaş – yavaş açıb ehtiyyatla mənə baxırdı - əmin olmaq istəyirdi ki , mən onu başa düşdüm ; etiraf edirəm ki , mən onun hərəkətlərini nəfəsimi içimə alıb heyranlıqla izləyirdim ; yer üzündə heç bir müəllimin belə şagirdi olmayıb ; o , şüşəni açıb ağzına yaxınlaşdırırdı , mənsə gözümü çəkmədən onun hər bir hərəkətini izləyirdim ; sonra o , başı ilə razılığını bildirərək şüşənin ağzını dodaqlarına gətirirdi ; bu zaman mən hiss edirdim ki , yavaş – yavaş anlamağa başlayıram və sevincimdən zingildəyərək həyəcanla haramı gəldi qaşıyırdım ; müəllimim bundan fərəhlənib birinci qurtumunu içirdi ; mən səbirsizlikdən və dərsi belə çətin əxz elədiyimdən qəfəsin döşəməsini bulayırdım ki , bu da müəllimimə hədsiz ləzzət verirdi ; o , şüşəni bir kənara çəkir , sonra cəld bir hərəkətlə onu dodaqlarına yaxınlaşdırır və başını geri , - əyani olsun deyə , hətta lazım olduğundan da geri – ataraq arağı birnəfəsə içirdi . Keçirdiyim həyəcanın əzabından mən halsız vəziyyətdə qəfəsin millərindən sallanıb qalırdım , o isə kursun nəzəri hissəsini bitirib əlini qarnına sürtür və gülümsəyirdi . Yalnız bundan sonra biz praktiki məşğələlərə başlayırdıq . Ancaq nəzəriyyə məni həddən artıq yormamışdımı ? Bəli , çox yormuşdu . Nə etməli , görünür taleyim beləymiş . Hər halda mən var qüvvəmlə çalışırdım . Müəllimin mənə sarı uzatdığı şüşən tutur , titrəyə - titrəyə onun ağzını açırdım ; bu uğur gücümü artırırdı ; mən şüşəni götürürdüm – mənim işimi müəllimin özünün işindən fərqləndirmək çətin idi – onu dodaqlarıma yaxınlaşdırırdım və ... ikrahla kənara tullayırdım , - ikrahla . Baxmayaraq ki , şüşə boş olurdu və ondan yalnız arağın iyi gəlirdi . Uğursuzıuğum müəllimi kədərləndirirdi . Şüşəni tulladıqdan sonra əlimi səylə qarnıma sürtüb gülümsəsəm də , biz bu kədərlə barışırdıq . Mənim məşğələlərim belə keçirdi . Müəllimin mənə heç vaxt hirslənməməsi onun yaxşı adam olduğunu göstərirdi ; doğrudur , o , bəzən yanan qəlyanı o vaxta qədər dərimə sürtürdü ki , dərim söndürməyim çətin olan yerdən yanmağa başlayırdı , onun özü öz iri , meriban əlləri ilə alovu söndürərdi ; müəllimim mənə hirslənmirdi ; o başa düşürdü ki , onunla mənim bir düşmənimiz var – mənim meymun təbiətim və mübarizədə daha ağır yük mənim boynuma düşüb . Ancaq bir görəydiniz biz ümumi qələbəmizə necə sevinirdik ! Bu hadisə günlərin bir günü bir xeyli tamaşaçının iştirakı ilə baş verdi ; çox ehtimal ki , nəyisə bayram edirdilər : göyərtədə qrammofon çaldırırdılar , komandanın arasında bir zabit var – gəl edirdi – və birdən , heç kimin mənə baxmadığ bir vaxtda mən nəzarətsizlkdən qəfəsimin yanında qoyulmuş şüşəni götürdüm – tamaşaçıların marağı artmağa başladı – şüşənin qapağını açdım , qaydalara riayət etməklə onu ağzıma yaxınlaşdırdım və heç bir tərəddüdsüz , hətta üzümü belə turşutmadan əsl içənlər kimi onudibinəcən içdim ; doğrudur , gözlərim hədəqəsindən çıxmışdı , nəfəsim də tutulurdu , sonra mən şüşəni bir qırağa atdım – ümidiniitirmiş uğursuz bir şagird kimi deyil , işinin ustası kimi ; əlimi qarnıma sürtməyi yaddan çıxarsam da , yəqin ki , beynim partladığını hiss etdiyimdən , qarşısıalınmaz bir istəyə tabe olaraq , bərkdən və çox aydın bir səslə “ allo “ qışqırdım - başqa sözlə , aydın bir söz tələffüz etdim və bu nidamın sayəsində birdən – birə öz keçmişimdən insan birliyinə addadım ; bunun cavabında adamlar qışqırırdılar : “ Bir ona baxın , o danışır ! “ – bu sözlər elə bil ki , mənim qan – tər içində olan bədənimi öpürdü . Təkrar edirəm ki , adamları təqlid etmək istəmirdim ; mən yalnız ona görə onları təqlid edirdim ki , çıxış yolu axtarırdım , başqa heç bir səbəbim yox idi . Birinci qələbə mənə o qədər çox şey vermədi . Mən elə o andaca danışıq qabiliyyətimi itirdim və yalnız bir çox aylar keçəndən sonra yenidən danışa bildim , spirtli içkilərə nifrətim isə ikiqat artdı . Hər halda , artıq qarşımda birbaşa yol açılmışdı , özü də həmişəlik . Hamburqda , ilk təlimçimin əlinə düşdükdən sonra başa düşdüm ki , mənim üçün iki imkan var – heyvanat bağı və varyete : Mən bir saniyə də tərəddüd etmədim . Öz – özümə belə dedim : “ Əlindən gələni etməlisən ki , varyetəyə düşəsən , bu , yeganə çıxış yoludurr; heyvanat bağı yeni bir qəfəsdən başqa bir şey deyil . Oraya düşsən , məhv olacaqsan . “ Və burada , cənablar , mən öyrənməyə başladım . Deməyə ehtiyyac yoxdur ki , lazım olanda istəsən də , istəməsən də öyrənməli olursan . Mən mütləq çıxış yolu tapmalıydım və acgözlüklə öyrənməyə başladım . Mən özümə bir dəqiqə də sakitlik vermirdim və mənə mane olan hər şeyi özümdən amansızlıqla qovurdum . Meymun ruhu məndən elə bir qüvvə ilə çıxırdı ki , birinci təlimçim az qala özü meymuna çevriləcəkdi ; təlimləri dayandırmalı , təlimçini isı xstəxanaya göndərməli olduq . Xoşbəxtlikdən o , tezliklə qayıtdı . Mənə çoxlu müəllimlər gərək oldu , bəzən bir neçə pedaqoqun yanında dərs keçirdim . Öz qüvvələrimə inandıqdan , nailiyyətlərim haqqında söz – söhbət geniş yayıldıqdan , parlaq gələcəyimsə artıq qəti sürətdə müəyyənləşdikdən sonra mən özüm özümə müəllim tutmağa başladım , baş – başa düzülmüş beş otağı bir – bir gəzir , durmadan bir otaqdan o birinə keçərək eyni zamanda müəllimlərin hamısından dərs öyrənirdim . Onda necə uğurlarım vardı ! Biliklər işığı hər tərəfdən ayılmaqda olan beynimə daxil olurdu . Gizlətmək istəmirəm – mən xoşbəxt idim . Eyni zamanda iddia edirəm : nə o vaxt , nə də ki indi öz nailiyyətlərimi həddən artıq yüksək qiymətləndirməmişəm . İndiyə qədər tarixdə görünməmiş iradə cəmləşdirilməsi nəticəsində mən orta avropalı səviyyəsinə çatmışam . Ola bilər ki , bu fakt öz – özlüyündə xüsusi bir diqqətə layiq deyil . Lakin mənim üçün bu faktın böyük əhəmiyyəti var : mən qəfəsdən çıxmış və insan təbiətini qəbul etməkdən ibarət axtardığım çıxış yolunu tapmışam . Çox gözəl bir ifadə var – “kolluqda gizlənmək “ ; mən məhz belə hərəkət etdim , kolluqda gizləndim . Mənim başqa heç bir imkanım yox idi , azadlığa başqa heç cür nail ola bilməzdim . Keçdiyim yola və qarşıma qoyduğum məqsədə retrospektiv nəzər saldıqda mən nə təəssüf , nədə sevinc hissi keçirirəm . Budur , mən oturmuşam , əllərim şalvarımın cibindədir , yırğalanan kürsüdə sərələnib oturmuşam və pəncərəyə baxıram ; qarşımdakı masada şərab şüşəsi var . Yanıma qonaq gəlsə , mən onu gərəyincə qarşılaya bilərəm . Dəhlizdə mənim impressariom əyləşib ; bir şey demək lazım olsa , mən ona zəng çalıram ; o gəlir və məni dinləyir . Demək olar ki , hər axşam mən çıxış edirəm ; mənim səhnə uğurlarım o qədər böyükdür ki , bundan artıq ola bilməz. Gecədən xeyli keçmiş banketdən , Akademiyanın keçirdiyi təntənəli qəbuldan və ya axşam qonaqlığından qayıdanda məni təlim keçmiş balaca dişi meymun – şimpanze gözləyir və onunla bir meymun kimi əylənirəm . Gündüzlər mən onu görmək istəmirəm ; onun gözlərindən bütün təlimləndirilmiş , karıxdırılmış heyvanların baxışlarında olduğu kimi , ağılsızlıq sezilir ; məndən başqa heç kim bunu görmür , mənimsə zəhləm gedir . Ümumiyyətlə və bütövlükdə mən can atdığıma nail olmuşam . Demək olmaz ki , bütün bunlar əbəs yerə olmuşdur . Qabaqcadan demək istəyirəm ki , adamların fikri məni maraqlandırmır ; mənim məqsədim – geniş məlumat verməkdir : bu hesabatda , hörmətli cənab akademiklər , mən yalnız faktlara əsaslanmışam .